Göyçay rayonun Alpout kəndində yeni uşaq bağçası istifadəyə verilib
Göyçay rayonunun Alpout kəndində Heydər Əliyev Fondu tərəfindən inşa edilən yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Müasir memarlıq üslubunda tikilən körpələr evi-uşaq bağçası 40 yerlikdir. Binada 2 oyun və 1 yataq otağı, mətbəx və digər yardımçı otaqlar vardır. Bütün otaqlar, habelə dəhliz lazımi avadanlıqla təchiz olunub. Həyətdə çardaq qurulub.
Körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi münasibətilə keçirilən açılış mərasimi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində kənd sakinlərinə ikiqat sevinc yaşadıb.
Rayon rəhbərliyinin də qatıldığı mərasimdə çıxış edənlər ölkəmizin inkişafı, ucqar yaşayış məntəqələrində həyata keçirilən sosial layihələrə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını Göyçay bildiriblər.