Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Bayram tədbirləri insanlara sevinc bəxş etmişdir

31 dekabr 2012 | 16:00

Rayonumuzda 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı təntənə ilə qeyd edilmişdir. Bayram ərəfəsində Göyçay şəhərində təmizlik-abadlıq işləri görülmüş, səliqə-səhman yaradılmış, küçələr, səkilər təmir edilmiş, binaların fasad hissələri rənglənmiş, Heydər Əliyev parkı və prospekti, eləcə də digər mərkəzi küçələr bayramsayağı bəzədilmişdir. Rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının nümayəndələri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər. Müxtəlif idarə və təşkilatlarda bayram tədbirləri təşkil olunmuşdur. Mərasimlərdə dünya azərbaycanlılarının təşkilatlanması və həmrəyliyi yolunda yeni mərhələnin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan rayon ziyalıları 2001-ci il mayın 23-də dahi öndər Heydər Əliyevin bu istiqamətdə tarixi sərəncam imzaladığını və həmin il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirildiyini qeyd etmişlər. Natiqlər bildirmişlər ki, bu möhtəşəm tədbir dünya azərbaycanlılarını bir araya gətirmək yolunda ilk və ciddi addım kimi qiymətləndirilməlidir. Belə mühüm hadisə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biri idi. Bu gün müasir müstəqil Azərbaycan dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıların vahid dövləti, ulu öndərimizin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev isə dünya azərbaycanlılarının lideridir.Bayramla əlaqədər Heydər Əliyev parkında bayram gəzintisinə çıxan rayon sakinləri və qonaqlar Şaxta Baba və Qar Qızla, klounlarla xatirə şəkilləri çəkdirmiş, valideynlər uşaqlara bayram hədiyyələri vermişlər. Məktəblilərin qış tətilinin mənalı təşkili üçün rayon mədəniyyət evində təşkil olunan bayram konsertləri də uşaq və valideynlərə xoş ovqat bəxş etmişdir.
 

Keçidlər