Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayın Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb

07 dekabr 2018 | 16:00

Dekabrın 7-də Göyçay Rayon İcra Hakimiyyətində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində rayonun Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib.

Mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Yerli İdarəetməyə Yardım İctimai Birliyinin sədri Vüsal Mirzəyev, habelə müvafiq qurumların nümayəndələri iştirak ediblər.

Səfirə Göyçay rayonu, bölgənin sosial-iqtisadi inkişafı, Yeniarx kəndi barədə ətraflı məlumat verilib. Azərbaycan-Yaponiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan icra hakimiyyətinin başçısı M.Səlimzadə bu cür layihələrin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə böyük töhfə verdiyini diqqətə çatdırıb, yeni layihəyə görə səfirə, onun timsalında Yaponiya hökumətinə Göyçay sakinləri adından təşəkkürünü bildirib.

Mərasimdə çıxış edən səfir Teruyuki Katori layihənin Yeniarx kəndinin sakinlərini təkmilləşdirilmiş tibbi xidmətlə təmin edəcəyini diqqətə çatdırıb.

Vurğulanıb ki, Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində Göyçay rayonunda həyata keçirilən sayca yeddinci layihədir və ümumi məbləği 49,585 ABŞ dolları təşkil edəcək.

Sonda Yaponiya səfiri Teruyuki Katori və Yerli İdarəetməyə Yardım İctimai Birliyinin sədri Vüsal Mirzəyev layihə üzrə qrant sazişini imzalayıblar.

Keçidlər