Göyçayda Konstitutsiya günü qeyd olunub
Göyçay rayonunda 12 noyabr tarixində Heydər Əliyev Mərkəzində Konstitutsiya günü münasibəti ilə tədbir təşkil olunmuşdur.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə , hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimayyət nümayəndələri, ağsaqqallar, ziyalılar iştirak edib.
Ilk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini önünə gül dəstələri qoymuşlar.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək qeyd edib ki, ümummilli lider Heydər Əliyevin sədrliyi ilə hazırlanan milli Konstitusiyamız ölkəmizin demokratik və sivil inkişafı üçün əsaslı bir təminatdır. Azərbaycan Konstitusiyası xalqımızın milli dövlətçiliyinin və suveren hüquqlarının təminatçısı olduğunu və müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılması, dövlətçiliyin milli ideoloji düşüncə tərzinə çevrilməsi prosesi məhz ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyasının müddəaları əsasında həyata keçirildiyini vurğuladı.
Tədbirdə Dövlət İdarəetmə Texnalogiya kollecinin direktoru əməkdar müəllim Xəlil Orucov, Şəhər 7 saylı tam orta məktəbin tarix müəllimi İradə Səfərova, Şuşa rayonundan məcburi köçkün, Şuşa 17 saylı məktəbin müəllimi Səməd Həsənov və rayon ziyalıları çıxış edərək ilk milli Konstitusiyanın qəbulundan sonra Azərbaycanda dövlət quruculuğu sahəsində yeni mərhələnin başlandığını bildiriblər.