Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Dövlət Müstəqilliyi Günü qeyd olunub

16 oktyabr 2018 | 16:00

Oktyabr ayının 16-da Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasında  “Müstəqillik günü” mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müstəqillik gününə həsr edilmiş tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə müstəqillik gününün yaranma tarixi barədə geniş nitq söyləyib.
Tədbirdə çıxış edən ziyalılar və fəal gənclər 27 il öncə öz müstəqilliyini qazanan Azərbaycan dövlətinin həmin dövrdə bir sıra çətinliklərlə üz-üzə qalmasından, eləcə də özbaşınalığın, xaos və anarxiyanın hökm sürməsindən, torpaqların 20 faizinin işğal edilməsindən, 1 milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin düşməsindən bəhs ediblər. Natiqlər müstəqillik illərində Azərbaycanın inkişafı və ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə olunan uğurlardan danışıblar. Bu gün də bu siyasətin Prezident İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçdiyini xüsusi qeyd ediblər.
Sonra rayon icra  hakimiyyətinin  başçısı cənab Mehdi  Səlimzadə 23 iyun – Dövlət Qulluqçularının Peşə bayramı münasibətilə Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli 371 nömrəli sərəncamı ilə Göyçay rayon icra hakimiyyəti başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zəkəriyyəyev Oqtay Ənvər oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmasını qeyd etmiş və medalı O.Zəkəriyyəyevə təqdim etmişdir.
Yekunda 18 oktyabr-Dövlət Müstəqilliyi Günü münasibətilə bir sıra sahələrdə çalışan bir qrup fəal şəxs rayon icra hakimiyyəti başçısının təşəkkürnaməsi ilə təltif edilib.

Keçidlər