Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Beynəlxalq Müəllimlər Günü təntənəli şəkildə qeyd olunub.

05 oktyabr 2018 | 16:00

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək təhsil işçilərini təbrik edib, çətin və şərəfli peşələrində onlara uğurlar arzulayıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 15 ildə milli təhsil sisteminin məzmununda əsaslı keyfiyyət dəyişiklikləri baş verib. Müasir dövrün tələblərinə cavab verən fəal maarifçilik kursu həyata keçirilib. Mütərəqqi yeniliklərin tətbiqi yolu ilə milli təhsil sistemi müasirləşdirilib. Dünya təhsil məkanına inteqrasiya ölkəmizdə reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib.
Mehdi Səlimzadə qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr istedadlı, bilikli gənclərin hər sahədə önə çəkilməsinə, təhsilimizin inkişafına təkan verib.
Azərbaycanda təhsilə göstərilən dövlət qayğısı nəticəsində Göyçayda da yeni təhsil ocaqlarının, uşaq bağçalarının tikilib istifadəyə verildiyini diqqətə çatdıran icra hakimiyyətinin başçısı bildirib ki, builki məzunların 368 nəfəri ali məktəblərə qəbul olunub. Onlardan 25 nəfəri 600 bal, 1 nəfəri isə ən yüksək göstərici olan 700 bal toplayıb.
Tədbirdə bir qrup təhsil işçisi rayon icra hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib, hədiyyələr verilib.

Keçidlər