Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda təhsil işçilərinin konfransı keçirilib

05 sentyabr 2018 | 16:00

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər. Heydər Əliyev Mərkəzində keçirilən konfransda rayon təhsil şöbəsinin müdiri Elnur İsmayılovun hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb. Qeyd olunub ki, ötən dərs ilində 56 ümumtəhsil məktəbində 15 min 988 nəfər təhsil alıb. 368 nəfər ali məktəblərə qəbul olub. Onlardan 1 nəfər 700 bal, 25 nəfər 600-dən yuxarı, 68 nəfəri isə 500-dən çox bal toplayıb.
Konfransda yeni dərs ilinə hazırlıqla əlaqədar görülən işlərdən danışılıb. Vurğulanıb ki, qarşıdakı dərs ilində 56 ümumtəhsil məktəbi fəaliyyət göstərəcək. Ötən dövrdə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb. Potu kənd tam orta məktəbi əsaslı təmir olunub və burada 160 yerlik əlavə 8 sinif otağı tikilib. Alıkənd ibtidai məktəbi üçün tikilən modul tipli təhsil ocağı tədris ilinə tam hazırdır. Habelə, Ərəbşahverdi, Hacıağabəyli ibtidai məktəbləri üçün də modul tipli təhsil ocaqları istifadəyə verilib.
Ümumtəhsil məktəblərinin çatışmayan ixtisaslı müəllimlərlə təminatı istiqamətində də lazımi tədbirlər görülür. Artıq indiyədək 38 yeni müəllim qeydiyyatdan keçib.
Konfransda rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə, Təhsil Nazirliyinin məsul işçisi Firidun Həmzəyev çıxış edərək dövlətin təhsil siyasətindən, bu sahədə ümumtəhsil məktəblərinin qarşısında duran vəzifələrdən danışıblar.
Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər