Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon İcra Hakimiyyəində 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.

12 iyul 2018 | 16:00

Göyçay rayonunda cari ilin birinci yarısında sosial-iqtisadi sahələrdə uğurlu nəticələr qazanılıb. İqtisadiyyatın əsas sahələri üzrə istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz və ya 3,2 milyon manat artaraq 129,4 milyon manat olub. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 17,5 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu da əvvəlki ilin birinci yarısındakı göstəricidən 2,6 faiz çoxdur. Aqrar sektorda da nəticələr diqqətəlayiqdir.
Bütün bu məlumatlar Göyçayda iyulun 12-də keçirilən və 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasda səsləndirilib. Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin hesabat məruzəsində, eləcə də çıxışlarda bölgə iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sektorda əldə olunan nəticələr də geniş təhlil edilib. Taxılçılar zəmilərdən 42 min 744,7 ton taxıl götürüblər. Hər hektardan məhsuldarlıq 0,8 sentner artaraq 29 sentner təşkil edib. Prezident İlham Əliyevin tapşırığı ilə ixracyönümlü məhsulların istehsalına xüsusi önəm verilir və cari mövsümdə 12500 kiloqram barama tədarük edilib ki, bu da ötən ildəki göstəricidən 7207 kiloqram çoxdur. Bostan-tərəvəz, kartof istehsalı da artıb. Təkcə cari ilin birinci yarısında ümumi sahəsi 277 hektar olan 7600 istixana quraşdırılıb, yetişdirilən 28,2 min tondan artıq faraş tərəvəz Rusiya bazarlarına ixrac olunub.
Rayonda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda da bütün göstəricilər üzrə məhsul istehsalı keçən ilin 6 ayının yekunları ilə müqayisədə xeyli artıb.
Yığıncaqda tikinti-quraşdırma işləri sahəsində xeyli işlərin görüldüyü bildirilib. Qeyd edilib ki, yarım ildə iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 6,4 milyon manat vəsait yönəldilib. Tikinti təşkilatları tərəfindən 6,3 milyon manat tikinti-quraşdırma işləri həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon manat və ya 18 faiz çoxdur.
Yarım ildə əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatı ilə əlaqədar həyata keçirilən tədbirlər barədə də ətraflı danışılıb. Bildirilib ki, Mallı-şıxlı, Çərəkə, Alxasava, Bığır, Şəkili, Ərəbcəbirli, Mollahacılı, Ulaşlı-Şıxlı, Xəlitli kəndlərində güc transformatorları yenisi ilə əvəz edilib. Çaxırlı, Ləkçılpaq və Çərəkə kəndlərinə mavi yanacağın verilişi bərpa olunub. 6 kənddə modul tipli sutəmizləyici qurğu quraşdırılıb, 101 bulaq çəkilib ki, nəticədə 5132 nəfər sakin içməli su ilə təmin edilib.
İclasda iyulun 2-də Göyçay çayındakı güclü sel nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrində çayın üzərindən keçən körpünün uçması, 55 kənd yaşayış məntəqəsindən 39-nun rayon mərkəzi ilə əlaqəsinin kəsildiyi, Prezidentin 2018-ci il 7 iyun tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına körpünün qısa vaxtda yenidən bərpa edildiyi diqqətə çatdırılıb, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq edilib.
Məruzə və çıxışlarda, habelə sosial–iqtisadi sahələrdə qarşıda duran konkret vəzifələr geniş təhlil edilib. Vurğulanıb ki, göyçaylılar Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməklə, bütün qüvvələrini ölkə başçısının müəyyən etdiyi sabitlik və inkişaf konsepsiyasının uğurla həyata keçirilməsinə, rayon iqtisadiyyatının möhkəmləndirilməsinə, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına səfərbər edəcəklər.

Keçidlər