Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Milli Ordunun yaranmasının 100 illiyi Göyçayda qeyd olundu

25 iyun 2018 | 16:00

Bayram tədbirinin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Dövlət himni sədaları altında üç rəngli bayrağımız Heydər Əliyev mərkəzinin qarşısına gətirildi.
Tədbirdə rayon rəhbərliyi, idarə, təşkilat rəhbərlikləri, hüquq-mühafizə  orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, gənclər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi vəzifəsinin icraçısı Famil Əliyev çıxış edərək, ordu quruculuğu sahəsində əldə olunan uğurlardan, gənclərin şərəflə əsgərlik həyatı keçirdiklərindən,çağırış yaşlı gənclərlə aparılan işlərin səmərəli nəticələrindən danışıb. F. Əliyev bildirdi ki,2016 çı ildə aprel döyüşlərində mənfur düşmən Azərbaycan Silahlı Qüvvələrinin gücünü bir daha gördü. Bütün dünya şahid oldu ki, Azərbaycan Ordusu bu döyüşlərdə necə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərdi. Aprel döyüşləri Azərbaycan Ordusunun işğal altında olan bütün torpaqlarını istənilən an geri qaytarmaq gücündə olduğunu sübut etdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, aprel döyüşləri bizim şanlı tariximizdir. Biz həm Füzuli və Cəbrayıl rayonlarında, eyni zamanda, Ağdərə rayonunda bir çox strateji yerləri işğalçılardan azad etdik. Biz keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazisi olan yerləri də qaytardıq. Keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazilərinin bir hissəsi işğalçılardan azad edildi. Biz indi Lələtəpə ərazisindən on minlərlə hektar torpağa nəzarət edirik. Erməni ordusu orada heç tərpənə də bilmir.
Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi qeyd etdi ki, aprel döyüşləri zamanı qazandığımız şanlı qələbə sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri tez bir zamanda işğal altındakı bütün ərazilərimizi azad etmək gücündədir. Bu döyüşlər Azərbaycanın tarixində uğurlu hərbi qələbəmiz kimi qalacaq.
Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir. Bu döyüşlər zamanı Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi.
Tədbirdə Göyçay rayon İcra Hakimiyyəti Başçısı cənab Mehdi Səlimzadə çıxış edərək, 26 iyun münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Növbəti hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi.
Rayon İcra Hakimiyyətinin Başçısı bildidi ki, son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradılıb. Azərbaycanda minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.
Azərbaycan Ordusu beynəlxalq terrorizmə qarşı mübarizədə fəallıq göstərir. Ölkənin Sülhməramlı Qüvvələri Əfqanıstandakı koalisiya əməliyyatlarında iştirak edir.
Bu gün isə Milli Ordunun yaranmasının 100 illiyi ölkmizə qeyd olunur. Azərbaycan iqtisadiyyatının inkişafı ilə yanaşı ordu quruculuğununda bu gün dünya standartlarına cavab verdiyini xüsusi vurğulayıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının ordu quruculuğuna göstərdiyi qayğıdan söz açıb.
Çıxışının sonunda rayon rəhbəri tezlikən işğal altında olan torpaqlarımızın azad etdikləri torpaqlarımızda qüdrətli və güclü ordumuzun yaranması gününü qeyd ediləcəyini vurğuladı. Həqiqi Hərbi Xidmətə Cağrış bölməsinin zabiti Sadiq Yusifov, Şəhid və əsgər atası Mikayıl Qasımov çıxış edərək 26 iyun Milli Ordunun yaranması günü münasibətilə xalqımızı təbrik etdi.
Sonra vətənpərvərlik ruhunda bir-birindən rəngarəng mahnılar səsləndi. Musiqi məktəbinin şagirdləri milli geyimlərdə rəqslər edərək, müxtəlif səhnəciklər təqdim etdilər.

 

Keçidlər