Göyçayda 15 iyun-Milli Qurtuluş günü qeyd edilib
Əvvəlcə rayon icra hakimiyyətinin kollektivi, rayonunun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil və səhiyyə işçiləri ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.
Yeni Azərbaycan Partiyası rayon təşkilatında keçirilən konfransda dövlət himni səsləndirildikdən sonra YAP rayon təşkilatının sədr müavini Ləman Hacıyeva, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Regional şöbəsinin müdiri Əzim Rəfiyev, rayon ictimaiyyətinin nümayəndələri və digər natiqlər çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən söz açıblar.
Konfransda rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək qeyd edib ki, hər bir xalqın taleyində xüsusi önəm daşıyan hadisələr və tarixi faktlar olur. 15 İyun - Milli Qurtuluş günü Azərbaycan xalqının dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış günlərdən biridir. Məlumdur ki, çətin günlərdə, həlledici məqamlarda öz xalqını üzləşdiyi çətinliklərdən xilas etmək yalnız böyük və qüdrətli şəxsiyyətlərin üzərinə düşür. Belə bir xilaskarlıq missiyasını öz üzərinə götürən, həyatını təhlükələrə məruz qoyan ulu öndər, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Naxçıvandan Bakıya qayıdaraq Milli Qurtuluş tariximizin başlanğıcını yazıb. Heydər Əliyev ideyalarının əhəmiyyətini diqqətə çatdıran rayon icra hakimiyyətinin başçısı ümummilli liderin siyasətinin Prezident İlham Əliyev cənabları tərəfindən bu gün də qətiyyətlə davam etdirildiyini bildirib, respublikamızda qazanılan nailiyyətlərdən danışıb və Göyçaylıların həmişə prezident İlham Əliyev cənablarının ətrafında sıx birləşdiyini vurğulayıb.
Sonda Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub, məktəblilər müasir müstəqil Azərbaycana, Vətənə, dahi rəhbərə həsr edilən şerlər söyləyib, mahnılar oxuyublar.