Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon icra hakimiyyətində Göyçay çayına gələn selin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrə dair yığıncaq keçirilib.

03 iyun 2018 | 16:00

Iyun auının 3-də Göyçay Rayon İcra Hakimiyyətində keçirilən rayon fövqəladə hallar komissiyasının iclasında komissiyanın sədri İkram Vəliyev ötən gün Göyçay çayına gələn selin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
İclasda rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə aidiyyəti qurumların rəhbərlərinə çay ətrafında yaşayan insanların, asma piyada körpüsündən keçən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, kəndlərin və rayon mərkəzinin rabitə, internet, təbii qaz, içməli su ilə təminatının bərpa edilməsi, şəhərdəki tullantıların vaxtında daşınması, kəndlərlə şəhər arasındakı nəqliyyat probleminin həll edilməsi və gediş-gəlişin müvəqqəti olaraq Ucar rayonunun ərazisindən təmin edilməsi, ərzaq məhsullarının çatdırılması, əkin sahələrinin və meyvə bağlarının Göyçay çayı vasitəsilə suvarılmasının bərpası ilə bağlı tapşırıqlar verib. Görüləcək bütün işlər barədə rayon icra hakimiyyətində yaradılan xüsusi qərargaha məlumat verilməsi tövsiyə olunub.

Keçidlər