Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda Respublika Günü qeyd edilib

28 may 2018 | 16:00

YAP rayon təşkilatının qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş ümumrayon tədbirinin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısının müavini Z.Zeynalova yığıncaq iştirakçılarını 28 may - Respublika Günü münasibətilə təbrik edib. Qeyd olunub ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaranıb və bu tarix xalqımızın həyatında ən unudulmaz günlərdən biridir.
Bildirilib ki, Xalq Cümhuriyyəti bolşevik işğalı nəticəsində süquta uğrasa da, Azərbaycan 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini yenidən bərpa etdi. Hazırda müstəqil Azərbaycan Respublikası dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olub və beynəlxalq təşkilatların tam hüquqlu üzvüdür.
Qeyd olunub ki, bu gün Azərbaycan dünyada nüfuzlu dövlət kimi tanınır. Bunun da kökündə uzun illər həyata keçirilən uğurlu daxili və xarici siyasət dayanır. Ulu öndər Heydər Əliyevin banisi olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən müstəqil Azərbaycanın nailiyyətləri cümhuriyyətçilik prinsiplərinin təntənəsidir.
Tədbirdə çıxış edən Respublikanın əməkdar müəllimi P.Yəhyalı, Şuşa məktəbinin tarix müəllimi S.Şuşalı, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin regional şöbəsinin müdiri Ə.Rəfiyev 100 il bundan əvvəl əsası qoyulmuş dövlətimizin bu gün qazandığı nailiyyətlərlə hər bir azərbaycanlının fəxr etdiyini, bu əziz bayramı qürur hissi ilə qarşıladığını bildirməklə yanaşı ib.
Konfransda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məruzələr, çıxışlar  və məktəblilərin təbriki dinlənilib.
Çıxış edənlər Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək dəyərləndirərək göyçaylıların dövlətimizin başçısının apardığı müdrik siyasəti bəyəndiyini və onun ətrafında sıx birləşdiyini bildiriblər.

 

Keçidlər