Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Kürdəmiş və Türkmən kəndlərinə təbii qaz verilmişdir.

21 oktyabr 2012 | 15:00

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Göyçay rayonunda əhalinin təbii qaza olan tələbatının ödənilməsi üçün mühüm işlər görülür. Müqəddəs Qurban bayamı ərəfəsində Göyçay rayonunun Kürdəmiş və Türkmən kəndlərində əhaliyə təbii qaz verilmişdir. Bu münasibətlə oktyabrın 20-də keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Qağaməli Seyfullayev, birliyin tikinti departamentinin rəis müavini Fuad Şükürov, rayon qaz istismar sahəsinin rəisi Murtuz Salahov kənd sakinlərini uzun illərdən sonra təbii qazdan istifadəyə başlamaları münasibətilə təbrik etmişdir. Natiqlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkənin bütün bölgələrinin, o cümlədən Göyçayın sürətlə inkişaf etdiyini, əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində vacib tədbirlərin görüldüyünü vurğulamışlar.
Qeyd edilmişdir ki, rayonda əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması üçün böyük tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də kənd yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin edilməsidir. Bu istiqamətdə ARDNŞ-in “Azəriqaz” İB respublikanın qaz təsərrüfatının yaxşılaşdırılması, əhalinin “mavi yanacaq”la itkisiz və keyfiyyətli təminatını uğurla həyata keçirir. Bu tədbirlər nəticəsində ölkənin qaz təchizatı sistemində mövcud olan problemlər intensiv surətdə aradan qaldırılır, uzun müddət təbii qaz almayan yaşayış massivləri “mavi yanacaq”la təmin olunur.
Son illər rayonda qaz təsərrüfatının inkişaf etdirilməsi, əhaliyə səmərəli xidmət göstərilməsi istiqamətində xeyli işlər görülmüşdür. Məlumat verilmişdir ki, 21 illik fasilədən sonra Göyçay rayonunun Kürdəmiş və Türkmən kəndlərinin qazlaşdırılması üçün 12 min 995 poqonmetr uzunluğunda 32, 63, 110, 160 millimetr diametrli magistral və daxili qaz xətti çəkilmişdir. Kürdəmiş kəndinə 9 min 800 poqonmetr, Türkmən kəndinəisə 3195 poqonmetr uzunluğunda daşıyıcı qaz kəmərləri çəkilmişdir. Hər bir evin qarşısına metal polad borularla çıxışlar verilmişdir. Çıxışlara sayğaclar quraşdırılmış və dövlət proqramına əsasən, sayğaclardan evlərin mətbəxinədək “Azəriqaz” İB-nin hesabına qaz xətləri çəkilmişdir. Kürdəmiş kəndində 283, Türkmən kəndində isə 65 qaz sayğacı quraşdırılmışdır.
Gələcəkdə yeni evlərin tikilməsi nəzərdə tutulan ərazilərə də qaz xətlərindən çıxışlar verilmiş, büdcədən maliyyələşən qeyri-əhali kateqoriyasına aid olan məktəblər, xəstəxana və sosial xarakterli digər istehlakçıların qazlaşdırılması nəzərdə tutulmuş, bunun üçün zəruri tədbirlər görülmüşdür. Həmin müəssisələr müvafiq sənədləşdirilmə işləri başa çatdırıldıqdan sonra təbii qazla təmin ediləcəkdir. Hazırda Bığır, Qubadlı Şıxlı, Cəyirli kəndlərinin qazlaşdırılması üçün görülən işlər uğurla davam etdirilir. Сari ilin sonunadək həmin kəndlərə “mavi yanacağ”ın verilməsi nəzərdə tutulur. Bundan əlavə hazırda Göyçayın Potu, Ulaşlı-Şıxlı və Kürd kəndlərində istismara yararsız olan yeraltı polad qaz xətlərinin polietilen borularla əvəz edilməsi istiqamətində işlər davam etdirilir.
Bugünədək Göyçay şəhərində və 14 kənddə ümumilikdə 12 min 294 mənzil qazlaşdırılmışdır. Hazırda rayonda ümumi abonentlərin 50 faizi təbii qazdan istifadə edir və ilin sonunadək bu göstəricinin 60 faizə çatdırılması nəzərdə tutulur. 2014-cü ilədək rayonun bütün kəndlərinin qazlaşdırılacağı bildirilmişdir. Tədbirdə əhalinin uzun illər təbii qazdan istifadə etmədiyi nəzərə alınaraq “mavi yanacaq”la ehtiyyaatlı davranma, yanğın təhlükəsizliyinin təmin olunması qaydaları barədə məlumat verilmiş, istifadə olunacaq yanacağın dəyərinin vaxtında ödənilməsi tövsiyyə edilmişdir.
Mərasimdə kənd ağsaqqalları, ziyalılar çıxışlarında müqəddəs Qurban bayamı ərəfəsində əhaliyə təbii qazın verilməsinin kəndlərdə bayrama çevrildiyini bildirmişlər. Yerli sakinlər uzun illərdir ki, mənzillərini qızdırmaq və yemək bişirmək, çay dəmləmək üçün odun yanacağından istifadə etdiklərini bildirmişlər. Onlar odunu baha qiymətə aldıqlarını, çətinliklə onu doğrayaraq yandırdıqlarını, amma təbii qazdan səmərəli istifadə edəcəklərini və yanacağın dəyərini vaxtında ödəyəcəklərini bildirmişlər. Kənd sakinləri bu sevinci onlara bəxş edən Prezident İlham Əliyevə minnətdarlıq etmişlər. Sonra kəndlərə təbii qazın verilişi münasibətilə rəmzi məşəl alovlandırılmışdır.

Keçidlər