Göyçayda 18 may-Beynəlxalq Muzeylər Günü qeyd olunub.
18 may 2018-ci il tarixdə Göyçay rayon Tarix-Diyarşunaslıq muzeyində Beynəlxalq Muzeylər günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə muzey işçilərini bu gün münasibəti ilə təbrik edib, muzeylərin fəaliyyət göstərməsinin cəmiyyətimizin inkişafında xüsusi çəkisi olduğunu vurğulamaqla yanaşı bu günün qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da qeyd edildiyini bildirib. Rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, hələ ötən əsrin əvvəllərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif muzeylər yaradılıb. Azərbaycanda milli mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycanın bölgələrində tarix-diyarşünaslıq muzeyləri yaradılıb. Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey - maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib. Yekunda rayonda fəaliyyət göstərən muzey işçiləri təşəkkünamələrlə təltif olunublar.