Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub

12 may 2018 | 16:00

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Göyçay rayonunda  da müxtəlif tədbirlərlə qeyd olunub. İctimaiyyət nümayəndələri öncə dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzüblər.Görkəmli dövlət xadiminin keçdiyi ömür yolundan bəhs edən filmə baxıblar.”Heydər Əliyev: Müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda təşkil edilən konfransda Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə ulu öndərin dahilik keyfiyyətlərindən söz açıb. Bildirib ki, o, nadir tarixi şəxsiyyət olmaqla müstəqilliyimizin qorunub saxlanılmasında,dövlət təsisatlarının yaradılmasında, hüquqi dövlət və demokratik cəmiyyət qurulmasında, azərbayçançılıq məfkurəsinin formalaşmasında misilsiz xidmətlər göstərib.Hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik edərkən ulu öndər Heydər Əliyev xalq təsərrüfatının müxtəlif sahələrinin inkişafına nail olmaqla yanaşı,milli-mənəvi dəyərlərimizin qorunması,ziyalılara qiqqət və qayğının göstərilməsi,milli kadrların yetişdirilməsi kimi mühüm məsələləri diqqət mərkəzində saxlayıb.O,Göyçayın inkişafı üçün də böyük xidmətlər göstərib.Rayonda xəstəxana və məktəblərin,yaşayış binalarının,istehsal müəssisələrinin tikintisi,kənd təsərrüfatının genişləndirilməsi məhz ümümmilli liderin qayğısı nəticəsində reallığa çevrilib.Heydər Əliyevin bizə irs qoyub getdiyi zəngin dövlətçilik təcrübəsi dərindən öyrənilməli və gənc nəslə təbliğ olunmalıdır. Sonda ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə Göyçay rayonunda keçirilən müxtəlif intellektual oyunların qalibləri və idman yarışlarının iştirakçıları mükafatlandırılıb 

Keçidlər