Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun iki kəndinə təbii qaz verilib

10 may 2018 | 16:00

May ayının 10-da Göyçay rayonunun Ləkçılpaq və Çərəkə kəndlərinə təbii qaz verilib.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində “Azəriqaz” İB tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.
Mayın 10-da Göyçay rayonunun Ləkçılpaq və Çərəkə kəndlərinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 1370 abonenti Ləkçılpaq kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4 min 518 metr müxtəlif diametrli polietilen, ümumi uzunluğu 131 min 308 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
920 abonenti Çərəkə kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 min 535 metr müxtəlif diametrli polietilen, ümumi uzunluğu 86 min 489 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Görülən işlərlə yanaşı, regionların 2018-ci ildə qazlaşdırılması proqramı üzrə Göyçay rayonunun ümumilikdə 306 fərdi evi olan Kürdşaban və Şəkili kəndlərinin qazlaşdırılması işlərinə başlanması nəzərdə tutulub.
Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər