Göyçay şəhərində kitab sərgisi təşkil olunub.
May ayının 7-də Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə kitab sərgisi təşkil olunub.
Tədbirdə Göyçay rayon İcra Hakimiyyəti Başçısı, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, önünə gül dəstələri düzərək ulu öndərin əziz xatirəsini böyük ehtiramla yad etdilər.
Sərgidə çıxış edən natiqlər kitab sərgisinin təşkil olunmasının böyük əhəmiyyəti olduğunu vurğulamaqla yanaşı, bu cür tədbirlər əhalinin ələxsus gənc nəslin bilik və savadının artırılmasına xidmət edəcəyini qeyd etmişlər. “Ölkədə siyasi, iqtisadi və mənəvi sahələrdə sistemli dəyişikliklər, ictimai şüurun müasirləşdirilməsi proqramı və bu proseslərdə kitabın xüsusi rolu olduğunu vurğulamışlar.
Sonda kitab sərgisinə baxış keçirilmişdir.