Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

06 mart – Yeni Azərbaycan Partiyası rayon təşkilatının 25 illiyi və «Od» çərşənbəsi Göyçay rayonunda qeyd edilib

06 mart 2018 | 16:00

06 mart – Yeni Azərbaycan Partiyası rayon təşkilatının 25 illiyi və «Od» çərşənbəsi günü münasibəti ilə şəhər mərkəzindəki «Yaşıl teatr»da tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları, rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, din xadimləri iştirak ediblər.
Əvvəlcə partiya fəalları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək ümummilli liderin əziz xatirəsini böyük  ehtiramla yad ediblər.
Tədbir şəhər mərkəzindəki «Yaşıl teatr»da davam etdirilib.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov tədbiri açıq elan edib və partiyanın yaranması tarixindən söz açıb.
Tədbirdə çıxış edən Göyçay rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə partiyanın yaranması 25 illiyi münasibəti ilə yığıncaq iştirakçılarını təbrik edib.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişaf etdirilməsi, dövlətin güclənməsi, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətləri olduğu vurğulanıb. Qeyd edilib ki, partiya təsis edildiyi illərdə ölkəmiz ciddi problemlərlə üz-üzə idi və xalqımız çox çətin günlər yaşayırdı. Lakin partiyanın yaranması və dahi şəxsiyyət Heydər Əliyevin xalqın inam və etimadı sayəsində Prezident seçilməsindən sonra apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın bölünmək təhlükəsindən qurtulması  və dünyada tanınması xüsusi vurğulanıb. Həmin siyasətin bu gün də prezident İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirildiyi bildirilib.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının partiya veteranlarına hədiyyələr, partiya üzvlüyünə yeni qəbul olunmuş gənclərə partiya biletləri təqdim edilib.
Sonra tədbir «Od» çərşənbəsi tonqalı ətrafında davam etdirilib

Keçidlər