Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Göyçayda bölgə vətəndaşlarını qəbul edib

28 fevral 2018 | 16:00

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 28-də Göyçay rayon Heydər Əliyev Mərkəzində bölgə vətəndaşlarını qəbul edərək, onların müraciətlərini dinləyib.
Əvvəlcə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Göyçay rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə ulu öndər Heydər Əliyevin Göyçay şəhərindəki abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüb.
Qəbulda Göyçay, Ucar, Kürdəmir, Ağsu rayon sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.
Vətəndaşlar əsasən təhsil haqlarının ödənilməsi, buraxılış və qəbul imtahanları ilə bağlı qəbul olunan yeniliklər, dövlət qulluğuna qəbul və digər məsələlərlə əlaqədar müraciətlər ünvanlayıblar. Həmçinin görüşdə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, magistratura pilləsində təhsil, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli, tətbiq olunacaq yeniliklər, dövlət qulluğuna qəbul üzrə müsabiqənin keçirilməsi və digər məsələlərlə əlaqədar müraciətlər də edilib.
DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll olunub. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb. Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

 

Keçidlər