Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Mədəniyyət və turizm naziri Göyçayda vətəndaşların müraciətlərini dinləyib

23 fevral 2018 | 16:00

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 23-də Göyçay rayonundakı Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.
Müraciətlər əsəsən yerlərdə uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti, tarixi və mədəniyyət abidələrinin bərpası, muzey ekspozisiyalarının tərtibatı, yerlərdə turizmin inkişafı, bölgələrdəki bəzi tarixi mədəniyyət abidələrinin turizm marşrutuna salınması, kitabxanalara yeni kitabların verilməsi, Ağdaş Tarix-Diyarşünaslıq Muzeyində təmir-bərpa işlərinin aparılması, kitabxanaların aqrar sahə, xüsusilə pambıqçılıq və baramaçılığa aid elmi nəşrlərlə təmin olunması kimi məsələləri əhatə edib. Eyni zamanda, musiqi məktəblərinin yeni musiqi alətləri ilə təminatı və infoturların təşkili, mədəniyyət işçilərinə fəxri adların verilməsi, yerlərdə yeni muzeylərin yaradılması, yeni yaradılan folklor qrupu üçün milli geyimlərin alınması, kənd kitabxanalarının kompüter və internetlə təmin edilməsi, el sənətkarlığının inkişafı, tanınmış rəssamların əsərlərinin qalereyaya verilməsi, mədəni irsin təbliği, xatirə tədbirlərinin keçirilməsi və işlə təmin olunma kimi müraciətlərə də baxılıb.
Nazir Əbülfəs Qarayev qəbuldan sonra jurnalistlərə müsahibəsində Prezident İlham Əliyevin tapşırığına əsasən yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, artıq ənənə halını alan bu qəbullar bölgələrdə sakinlərin problemləri ilə daha yaxından tanış olmağa və müvafiq tədbirlər görməyə imkan yaradır. Ə.Qarayev Göyçay rayonunda keçirilən qəbulda ölkənin mədəniyyət və turizm sahələri üçün aktual olan bir sıra məsələlərin gündəmə gətirildiyini deyib. O, əhali ilə belə görüşlərin yerlərdə vəziyyətin öyrənilməsi, mövcud problemlərin operativ həlli baxımından əhəmiyyətini yüksək qiymətləndirib.
Nazir səslənən bütün xahiş və müraciətlərin diqqətlə nəzərdən keçiriləcəyini, imkan daxilində həlli istiqamətində tədbirlər görüləcəyini bildirib. Müraciətlərdə bir sıra aktual məsələlərin, o cümlədən bölgədə turizmin inkişafı, tarixi-mədəni irsin tədqiqi və təbliği, xalq teatrının inkişafı, tarixi-mədəni abidələrin qeydiyyata alınması və turizm marşrutuna salınması ilə bağlı maraqlı təkliflərin olduğunu qeyd edən Ə.Qarayev vətəndaşların təşəbbüskarlığını müsbət qiymətləndirib, gələcəkdə bu mövzularda xüsusi müşavirələrin keçirilə biləcəyini deyib.
Əbülfəs Qarayev qəbulda sosial məsələlərlə bağlı səslənən müraciətlərə də baxılacağını və aidiyyəti qurumlara çatdırılacağını bildirib.

 

Keçidlər