Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Vətən sənə oğul desə” mövzusunda tədbir keçirilib

18 yanvar 2018 | 16:00

Yanvarın 18-də Göyçay rayon İcra Hakimiyyəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin region bölgəsi üzrə şöbəsi, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatı və Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Vətən sənə oğul desə”  mövzusunda tədbir keçirilib.
Tədbir   iştirakçıları   əvvəlcə    faciə  qurbanlarının   əziz   xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.
Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova 20 Yanvar faciəsinin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışaraq bu hadisənin Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü kimi daxil olduğunu qeyd edib. O vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli  Liderinin ölkə rəhbərliyinə qayıdışından sonra Ulu Öndər vətənimizin azadlığı uğrunda canlarından keçən vətəndaşlarımızın xatirəsini əbədiləşdirilməsi məqsədilə əməli tədbirlər həyata keçirdi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamları ilə 20 Yanvar faciəsinin ildönümü hər il respublikanın hər yerində qeyd olunur. Şəhid ailələrinə dövlət qayğısı artırılır.
YAP-ın Göyçay rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək bildirib ki, 20 Yanvar günündə xalqın səsinə səs verən Ümummilli Lider Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq, hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək faciəni törədənləri, o vaxtkı SSRİ rəhbərliyinin cinayətkar əməllərini pisləyib, onları bu faciənin səbəbkarı kimi ittiham edib.
DQİDK-nın region şöbəsinin əməkdaşı Rauf Nəsirov anım tədbirində çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Azərbaycan xalqının azadlıq arzularınının boğulması üçün həyata keçirilən terror aktı kimi qiymətləndirib.
Tədbirdə çıxış edən “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Azərbaycan Milli Qəhrəmanları təşkilatının sədri Ədalət Məhərrəmov və Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayeva öz ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan və şəhidlik zirvəsinə ucalan mərd Vətən övladlarının xalqımızın qan yaddaşında daim yaşayacağını qeyd ediblər.
Tədbirin sonunda Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri 20 Yanvar və vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Keçidlər