Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon icra hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Göyçay şöbəsinin birgə təşəbbüsü ilə həqiqi hərbi xidməti uğurla başa vurmuş gənclərin təntənəli şəkildə qarşılanma mərasimi keçirilib

17 yanvar 2018 | 16:00

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, din xadimləri, gənclər və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək hərbi vəzifəliləri və onların valideynlərini təbrik edib. Azərbaycan iqtisadiyyatının inkişafı ilə yanaşı ordu quruculuğununda bu gün dünya standartlarına cavab verdiyini xüsusi vurğulayıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının ordu quruculuğuna göstərdiyi qayğıdan söz açıb. Gənclərin mülki həyatda da layiqli vətəndaşlar  kimi üzərlərinə düşən vəzifələri layiqincə yerinə  yetirəcəklərinə əminliyini bildirib.
Tədbirdə çıxış Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi vəzifəsinin icraçısı Famil Əliyev ordu quruculuğu sahəsində əldə olunan uğurlardan, gənclərin şərəflə əsgərlik həyatı keçirdiklərindən,çağırış yaşlı gənclərlə aparılan işlərin səmərəli nəticələrindən danışıb.
Mərasimdə şəhid və əsgər  valideynləri, ağsaqqallar çıxış edərək ölkə başçısına Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi qayğıdan danışaraq öz minnətdarlıqlarını bildiriblər.
Tədbirə hərbi xidmət dövründə fərqlənən bir qrup gəncə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. Musiqi sədaları altında ictimaiyyət qarşısından keçən “Şahinlər”alqışlarla qarşılanıb.

Keçidlər