Göyçayda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
22 noyabr 2017-ci il tarixdə Göyçay rayonunda Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə müasir Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edərək, önünə tər çiçəklər düzüblər.
«Şah» şadlıq sarayında keçirilən tədbirdə icra sturukturları və hüquq-mühafizə orqanları rəhbərlərinin, Göyçay məhkəməsi hakimlərinin, məhkəmə aparatı işçilərinin, rayonda fəaliyyət göstərən icra, qeydiyyat şöbələrinin, notariat kontorları əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirak ediblər.
Bu əlamətdar gün münasibətilə təbriklərini çatdıran Göyçay rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə Azərbaycanda ədliyyə orqanlarının yaranması tarixinə ətraflı nəzər salaraq ədliyyə sisteminin zəngin tarixindən, ölkəmizin yenidən dövlət müstəqillyi əldə etdikdən və ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsində qurulmasından, bunun üçün həyata keçirilən əsaslı tədbirlərdən danışıb.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin daha da qüdrətlənməsini, ədliyyə sisteminin təkmilləşdirlməsi üzrə genişmiqyaslı islahatların aparılmasını, insan hüquqlarının etibarlı təmin olunmasını, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasını, onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edən ədliyyə infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən ardıcıl işləri xüsusi vurğulayıb. Bildirib ki, bu gün də ölkəmizdə məhkəmə-hüquq islahatları uğurla davam etdirilir. Məhkəmələr yeni texnologiya və avadanlıqlarla təchiz edilir.
Tədbirdə çıxış edən Göyçay Məhkəməsinin sədri Zəfər Quliyev Azərbaycan ədliyyəsinin dinamik inkişafından, ədliyyə sisteminin cəmiyyətdə yüksək nüfuza malik olmasından danışıb. Məhkəmə-hüquq sahəsində aparılan islahatlar nəticəsində ədalət mühakiməsinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulayaraq, ədliyyə işçilərinə fəaliyyətlərində uğurlar arzulayıb.
Digər çıxış edənlər ölkəmizdə aparılan uğurlu hüquq islahatlarından, ədliyyə sisteminin inkişafından söhbət açıb, ədliyyə orqanlarının qanunçuluğun qorunub möhkəmləndirilməsi, vətəndaşların hüquqlarının etibarlı təmin olunması işində öz vəzifələrini layiqincə yerinə yetirdiklərini vurğulayıblar.
Tədbir boyu yerli mədəniyyət işçiləri mahnı çələngi ilə ədliyyə işçilərini təbrik ediblər.
Yekunda bir qrup ədliyyə işçisinə Göyçay rayon icra hakimiyyəti tərəfindən fəxri fərman, təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.