Göyçay rayonunda 17 noyabr “Milli Dirçəliş Günü” ilə bağlı dəyirmi masa keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Göyçay rayon icra hakimiyyətində keçirilən tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək “Milli Dirçəliş Günü”nün yaranma tarixindən, Azərbaycan xalqının milli dirçəliş tarixinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu xüsusi qeyd edib. Ulu öndər Heydər Əliyev nəhəng imperiyanın çökməsini mahir siyasətçi zəkası ilə dərk edərək öz xalqını istiqlaliyyət yoluna istiqamətləndirmişdir. İcra başçısı möhkəm özülü Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin taleyi bu gün də etibarlı əllərdə olduğunu, ulu öndərin layiqli davamçısı İlham Əliyev cənablarının ölkəmizi gələcəyə, yeni uğurlara, inamla apardığını yığıncaq iştirakçılarının diqqətinə çatdıraraq Respublikamızda görülən işlərdən söz açıb.
Yığıncaqda çıxış edən digər natiqlər Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının demokratik, hüquqi və dünyəvi dəyərləri, eləcə də Milli Dirçəliş Gününün mahiyyəti barədə söz açıblar.