Göyçayda Dövlət Müstəqilliyi Günü qeyd olunub
Oktyabr ayının 18-də Heydər Əliyev adına parkda “Müstəqilliyimiz əbədi və dönməzdir” mövzusunda tədbir keçirilib.
Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə müstəqillik gününün yaranma tarixi barədə geniş nitq söyləyib.
Tədbirdə çıxış edən ziyalılar və fəal gənclər 26 il öncə öz müstəqilliyini qazanan Azərbaycan dövlətinin həmin dövrdə bir sıra çətinliklərlə üz-üzə qalmasından, eləcə də özbaşınalığın, xaos və anarxiyanın hökm sürməsindən, torpaqların 20 faizinin işğal edilməsindən, 1 milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin düşməsindən bəhs ediblər. Natiqlər müstəqillik illərində Azərbaycanın inkişafı və ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə olunan uğurlardan danışıblar. Bu gün də bu siyasətin Prezident İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçdiyini xüsusi qeyd ediblər. Tədbirdə məlumat verilib ki, bu gün rayonun orta ümumtəhsil məktəblərində ilk dərslər müstəqillik gününə həsr olunub.
Yekunda 18 oktyabr-Dövlət Müstəqilliyi Günü münasibətilə bir sıra sahələrdə çalışan bir qrup fəal şəxs rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanları və Təşəkkürnaməsi ilə təltif edilib.