Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Məlikkənd kəndində Məlikkənd, Şıxbəy, Şıxəmir və Çaxırlı kəndlərinin əhalisi ilə görüş keçirmişdir.
Rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərlərinin iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının bu gün prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirdiyini bildirmiş, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasını, ordumuzun müdafiə potensialının güclənməkdə olduğunu görüş iştirakçılarının diqqətinə çatdırmış, Respublikamızda qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Sonra kənd sakinlərinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində dövlət başçısı llham Əliyev cənabları tərəfindən oktyabr ayının 9-da Nazirlər Kabinetinin iclasındakı nitqindən irəli gələn məsələlər barədə danışmış və qarşıya qoyulan vəzifələr haqqında ətraflı məlumat vermiş, kənd təsərrüfatının inkişafı istiqamətində görüləcək işlərdən söz açmışdı.
Ümumilikdə 130-dən çox kənd sakininin iştirak etdiyi qəbulda Məlikkənd, Çaxırlı kənd inzibati ərazi nümayəndələri İstedad Mahmudov, Oqtay Zəkəryəyev çıxış edərək nümayəndəliyin ərazisində görülən işlər barədə qısa məlumat vermişdir.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə kənd əhalisinin problemlərini dinləmiş, qaldırılan məsələlərin və müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlarını vermişdir.
Sonda kənd sakinləri kənd təsərrüfatının inkişafına verilən dəstəyə, bu sahənin daha da inkişaf etdirilməsi üçün qəbul olmuş fərman və sərəncamlara, kənd əhalisinə göstərilən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildirmişlər.