Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda əmək yarmarkası keçirilib

06 oktyabr 2017 | 16:00

Göyçay rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.
Тədbirdə rayon icra hakimiyyəti başçısının müavini Ədalət Dövlətov, Göyçay rayon Məşğulluq Mərkəzinin direktoru Namiq İsmayılov, Göyçay Regional Peşə Tədrisi Mərkəzinin direktoru Bəhman İmranov çıxış edərək əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar. Qeyd edilib ki, ötən 9 ayda rayonda görülən işlər nəticəsində 800-dən çox yeni iş yeri açılıb.
Məlumat verilib ki, son vaxtlar rayon gəncləri müxtəlif sənətkarlıq sahələri üzrə kurslarda iştirak etmək üçün Göyçay Regional Peşə Tədrisi Mərkəzinə müraciət edirlər. Hazırda mərkəzdə 50-ə yaxın ixtisas üzrə kurslar təşkil edilir və iştirakçılara şəhadətnamə verilir, onların Məşğulluq Mərkəzi vasitəsilə işlə təmin edilməsinə köməklik göstərilir.
Çıxışlardan sonra əmək yarmarkasında iştirak edən vətəndaşlara 16 müəssisə və təşkilat tərəfindən 131 boş iş yeri təqdim olunub. İş təqdim edən müəssisələrdən 10-u dövlət, 6-sı özəldir. Boş iş yerlərinə görə 120-300 manat məbləğində əmək haqqı təklif edilib. Yarmarkada iştirak edən 215 nəfər işaxtaran vətəndaşdan 40-ı öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb. Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, istehsal və emal sahələrində, xidmət təşkilatlarında, tikintidə işlə təmin olunublar. Həmçinin əmək yarmarkasında 60 nəfərə peşə hazırlığı kursuna göndəriş verilib.

Keçidlər