Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda "İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib

04 oktyabr 2017 | 16:00

Göyçay rayonunda "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi "İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” mövzusunda növbəti tədbir keçirib.

Tədbirdə çıxış edən ictimai birliyin sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci il "İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizdə davamlı inkişafın və sabitliyin qorunmasının çox uğurlu zəmanətidir: "Azərbaycanda mövcud olan məzhəblərarası, dinlərarası tolerantlığın dünyaya bir daha çatdırılması istiqamətində İslam həmrəyliyinin dövlətimiz tərəfindən himayə olunması olduqca uğurlu siyasi addımdır. Unutmamalıyıq ki, ölkəmizdə İslam həmrəylinin mühafizə olunması birlik və bərabərliyimizin ən yüksək səviyyədə qarantiyasıdır”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək bildirib ki, əsrlərdir Azərbaycanda hökm sürən milli və dini tolerant münasibətlərin bu gün də dövlətimiz tərəfindən mühafizə edilməsi xalqımız üçün qürurvericidir: "İslam həmrəyliyi birlik və bərabərliyimizin ən ali təcəssümü kimi təqdir olunmalıdır. Prezident İlham Əliyev tərəfindən 2017-ci il "İslam Həmrəyliyi ili” elan edilməsi Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına ən böyük xidmətdir. Ölkəmizdə İslam həmrəyliyinin qorunması milli təhlükəsizliyimizin də mühafizə olunmasına ən gözəl töhfədir”.

Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Qafqaz Müsəlmanları İdarəsinin Göyçay və Ucar rayonları üzrə nümayəndəsi Seyid Rəsul Kazımov, rayon ağsaqqalları, dini icma sədrləri və gənclər iştirak ediblər.

Keçidlər