Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

30 sentyabr 2017 | 16:00

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Rayon prokurorluğunun inzibati binasında keçirilən tədbirdə rayon icra hakimiyyətitinin başçısı, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, veteran prokurorluq işçiləri, rayonun ictimaiyyətin nümayəndələrinin iştirak etmişlər.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək Respublika prokurorluğunun rəhbərliyini, prokurorluq orqanlarının əməkdaşlarını və rayon prokurorluğunda çalışan bütün işçiləri «01 oktyabr prokurorluq işçiləri günü» münasibəti ilə təbrik etmişdir.
Sonra rayon icra hakimiyyətinin başçısı prokurorluq orqanlarının yaranmasından söz açmış, müstəqillik dövründə bu orqanın fəaliyyətində ulu öndər Heydər Əliyevin rolunu xüsusi qeyd etmiş, bu gün dövlət başçısı İlham Əliyev cənablarının təşəbbüsü ilə ölkəmizin prokurorluq orqanlarında aparılan hüquqi islahatlardan danışıb. Diqqətə çatdırılıb ki, prokurorluq orqanlarında bütün sahələri əhatə edən islahatlar aparılmaqla, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkili, gənclərdən ibarət ixtisaslı kadrların formalaşdırılması, prokurorluq orqanlarının maddi-texniki təminatı və işçilərin sosial müdafiəsi məsələlərinin beynəlxalq standartlara uyğunlaşdırılması təmin edilib. Azərbaycanın prokurorluq orqanları üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini xüsusi qeyd etməklə icra hakimiyyətinin başçısı prokurorluq orqanlarının ölkədə ictimai-siyasi asayişin qorunmasında əzmlə çalışacaqlarını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən rayon prokuroru Muxtar Eminov Respublikanın Baş prokuroru cənab Zakir Qaralovun prokurorluq işçilərinin ünvanladığı təbrik məktubunu yığıncaq iştirakçılarının diqqətinə çatdırmaqla prokurorluq əməkdaşlarının cinayətkarlığa qarşı apardıqları mübarizə tədbirlərindən söz açıb.
Çıxış edən digər natiqlər prokurorluq sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərə görə ölkə prezidenti İlham Əliyev cənabların öz minnətdarlıqlarını bildiriblər.
Yekunda Göyçay rayon prokurorluğunda çalışan əməkdaşlara hədiyyələr təqdim olunub.

Keçidlər