Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin Ləkçıplaq kəndində səyyar qəbulu keçirilmişdir
Rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərlərinin iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri dilənilmişdir.
Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının bu gün də ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini qeyd etmiş, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun günbə-gün artmasını, ordumuzun müdafiə potensialının güclənməkdə olduğunu görüş iştirakçılarının diqqətinə çatdırmışdır. Respublikamızda qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Sonra rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə kənd sakinlərinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində dövlət başçısı llham Əliyev cənabları tərəfindən həyata keçirilmiş tədbirlər barədə danışmış, xüsusilə sentyabr ayında Lənkəran şəhərində keçirilən müşavirədə dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələr haqqında məlumat vermiş, kənd təsərrüfatının inkişafı istiqamətində görüləcək işlərdən söz açmışdı.
Ümumilikdə 120-dən çox kənd sakininin iştirak etdiyi qəbulda Ləkçıplaq kənd inzibati ərazi nümayəndəsi Aydın Əliyev çıxış edərək nümayəndəliyin ərazisində görülən işlər barədə qısa məlumat vermişdir.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə kənd əhalisinin problemlərini dinləmiş, qaldırılan məsələlərin və müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlarını vermişdir.
Sonda kənd sakinləri kənd təsərrüfatının inkişafına verilən dəstəyə, bu sahənin daha da inkişaf etdirilməsi üçün qəbul olmuş fərman və sərəncamlara, kənd əhalisinə göstərilən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildirmişlər.