Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda iki məktəb binası əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib

15 sentyabr 2017 | 16:00

Yeni dərs ilinin başlanması münasibətilə Göyçay rayonunun bütün tədris ocaqlarında mərasimlər təşkil olunub.
Göyçay şəhər 2 nömrəli tam orta məktəbin və Qaraman kəndindəki təhsil ocağının müəllim və şagirdləri isə bu əlamətdar günü xüsusi təntənə və ikiqat sevinc hissi ilə qeyd ediblər.
Çünki uzun illərdən sonra hər iki tədris ocağı müasir tələblər səviyyəsində yenidən qurulub, zəruri məktəb avadanlıqları və mebel dəstləri ilə təchiz olunub.
Göyçay şəhər 2 nömrəli orta məktəbin binasında əsaslı təmir və yenidənqurma işləri həyata keçirib. Ümumilikdə 480 şagird yerlik bu məktəbin 3 tədris korpusunda, sinif otaqlarında, biologiya, fizika, kimya laboratoriyalarında, kitabxana, kompüter mərkəzində, tibb və hərb otaqlarında, idman və iclas zallarında nümunəvi şərait yaradılıb. 1932-ci ildə inşa edilmiş məktəbdə ilk dəfə yenidənqurma işləri aparılıb və təhsil ocağı istilik sistemi, ehtiyat su hovuzları və transformator ilə təchiz edilib. Məktəbin ətrafı abadlaşdırılıb, hasar çəkilib, yaşıllıqlar salınıb. Futbol, voleybol və basketbol meydançaları yaradılıb.
1893-cü ildən fəaliyyət göstərən Qaraman kənd tam orta məktəbi də əsaslı şəkildə yenidən qurulduqdan sonra istifadəyə verilib
Tədbirlər çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıb, ölkədə aparılan təhsil islahatlarından söz açıb. Bildirib ki, dövlət proqramları çərçivəsində son dövrlər 2984 şagird yerlik 14 məktəb (o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 640 şagird yerlik 3 məktəb) binası, 5 məktəbdə 576 şagird yerlik 32 əlavə sinif otağı inşa edilmiş, 5129 şagird yerlik 8 məktəb binası (o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 940 şagird yerlik 3 məktəb binası)  əsaslı təmir edilmiş və yenidən qurulmuş, Hacağabəyli kəndində 24 yerlik sinif komplekti, Ərəbşahverdi kəndində 40 yerlik modul tipli məktəb binası istifadəyə verilmişdir. Mehdi Səlimzadə həmçinin qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən bütün dövrlərdə təhsilin inkişafına diqqət və qayğı göstərilmişdir. Bu diqqət və qayğı bu gündə ölkə başçısı İlham Əliyev cənabları və Azərbaycan Respublikasının birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən də göstərilməkdədir.  
Çıxışlardan sonra rayon ictimaiyyətinin nümayəndələri məktəblərdə yaradılan şəraitlə tanış olublar. Birinci sinif şagirdlərinə məktəbli çantaları və dərs ləvazimatları hədiyyə edilib.

Keçidlər