Göyçayda «Səyyar ASAN» Xidməti vətəndaşlara səyyar xidmət göstərməsinə başlamışdır.
06 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin «Səyyar ASAN» Xidmət avtobusu ilə Göyçayda vətəndaşlara səyyar xidmət göstərilməsinə başlamışdır.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Artıq üçüncü gündür ki, rayon sakinləri bu xidmətlərdən yararlanmaqla öz razılıq hislərini qeyd edirlər və region əhalisinə yaradılan bu şəraitə görə ölkə başçısı İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildirirlər.
Həmçinin əhalinin nəzərinə çatdırıldı ki, Səyyar “ASAN xidmət” Göyçay rayonunda sentyabr ayının 26-dək xidmət göstərəcəkdir.