Göyçay RİH-də rayon polis şöbəsinin post patrul xidmətinin bir qrup əməkdaşları və Qəbələ şəhərində V ənənəvi beynəlxalq mürəbbə festivalında bürünc mükafata layiq görülmüş nümayəndələrlə görüş keçirilmişdir
30 avqust 2017-ci il tarixdə Göyçay rayon İcra Hakimiyyətində rayon polis şöbəsinin post patrul xidmətinin bir qrup əməkdaşları və Qəbələ şəhərində V ənənəvi beynəlxalq mürəbbə festivalında bürünc mükafata layiq görülmüş nümayəndələrlə görüş keçirilmişdir.
Görüşdə rayon polis şöbəsinin post patrul xidmətinin bir qrup əməkdaşları, rayonda mədəniyyət və turizm sahəsində xüsusi xidmətləri olan nümayəndələr və rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri iştirak ediblər.
Yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə Azərbaycan polisinin keçdiyi çox şərəfli inkişaf yolu barədə qısa məlumat verib. Bildirib ki, Daxili İşlər Nazirliyinin şəxsi heyəti xalq və dövlətimizə ləyaqətlə xidmət etməklə asayişin və təhlükəsizliyinin mühafizəsi, sabitliyin və əminamanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə sahələrində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Bunun bariz numunəsi kimi rayonumuzda keçirilən tədbirlərin, festivalların, xüsusən rayona səfərə gələn diplomatik korpusların nümayəndələrinin və səfirlərinin mühafizəsində xüsusi əzmkarlıq göstərirlər.
Rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə yekunda rayon polis şöbəsinin post patrul xidmətinin bir qrup əməkdaşının Dövlət İşçiləri Həmkarlar İttifaqı rayon təşkilatı tərəfindən fəxri fərmanlara layiq görülməsi və mükafatlandırılması barədə məlumat verib və onları bu münasibətlə təbrik edib.
Tədbirdə çıxış edən rayon polis şöbəsinin xidmət üzrə rəis müavini Rövşən Bayramov göstərilən diqqət və qayğıya görə rayon icra hakimiyyətinin başçısına dərin minnətdarlıqlarını bildirərək qeyd edib ki, bundan sonra rayon polis şöbəsinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyinin mühafizəsi, sabitliyin qorunmasında rayon rəhbərinin ətrafında sıx birləşməklə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqlar.
Daha sonra rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə 26 avqust 2017-ci il tarixdə Qəbələ şəhərində V ənənəvi beynəlxalq mürəbbə festivalı keçirildiyini qeyd edib. Natiq festivalının keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu bildirib və festivalın xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanması ilə yanışı respublikamızın bütün regionlarının zəngin mətbəx mədəniyyətinin daha yaxından digər ölkələrə tanıdılmasına xidmət edəcəyini diqqətə çatdırıb və V ənənəvi beynəlxalq mürəbbə festivalında rayonumuz üçün də xüsusi paviliyon ayrıldığını bildirib.
İcra başçısı rayonumuzu bu festivalda təbliğ edən nümayəndə heyətinin gül mürəbəsi nominasiyasının qalibi olaraq bürünc mükafata layiq görülməsi münasibəti ilə təbrik edib və festival iştirakçılarını qiymətli hədiyələrlə mükafatlandırıb.
Festival iştirakçılar adından çıxış edən S.Şükürov festivalın təşkilatçılığından danışıb və rayon icra hakimiyyətinin başçısına iştirakçılar adından göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişdir.