Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonu Yeniarx kənd məscidi dini icması tərəfindən“Müsəlman intibahının bərqərarı-İslam Həmrəyliyi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.

30 avqust 2017 | 16:00

Avqustun 30-da Göyçay rayon icra hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Göyçay rayonu Yeniarx kənd məscidi dini icması tərəfindən “Müsəlman intibahının bərqərarı-İslam Həmrəyliyi” layihəsi çərçivəsində  növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə üzrə nümayəndəsi Əzim Rəfiyev, Göyçay rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Yeniarx kənd məscidi dini icmasının sədri Ağakərim Səmədov, dini icma üzvləri və eləcə də Yeniarx kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yeniarx kənd məscidi dini icmasının sədri Ağakərim Səmədov maarifləndirmə tədbirləri əsnasında bütün səmavi dinlərin insanlar; birliyə, vəhdətə çağırdığı barədə müzakirələrin təşkil ediləcəyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə üzrə nümayəndəsi Əzim Rəfiyev mövzunun əhəmiyyətindən danışıb. O qeyd edib ki, İslam dini həmrəy olmağa, yəni eyni duyğuları paylaşmağa çağırır. Göyçay rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov da müsəlman intibahında mühüm rol oynamış Azərbaycanda nə¬in¬ki is¬la¬mın, hət¬ta sağ¬lam tə¬ma¬yül¬lü qey¬ri-is¬lam din¬lə¬ri¬nin də in¬ki¬şa¬fının diqqət mərkəzində olduğunu qeyd edib.
Yekunda tədbir iştirakçılarının sualları cavablandırılıb və layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı sərəncama əsasən keçirilib.

Keçidlər