Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qurban bayramı ərəfəsində kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkası keçirilib.

30 avqust 2017 | 16:00

Göyçay mərkəzi bazarında Qurban bayramı ərəfəsində süni qiymət artımının qarşısının alınması məqsədilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur.
Təşkil edilən yarmarkada 10-dan artıq yerli istehsal müəssisəsi və şirkət alıcılara bazar qiymətindən aşağı ərzaq malları, un, quş əti, yumurta, balıq və digər kənd təsərrüfatı məhsulları təqdim ediblər. Həmçinin 100-ə yaxın kəndli özünün yetişdirdiyi meyvə-tərəvəz və süd məhsullarını, mal və qoyun ətini, bal və bostan məhsullarını yarmarkaya çıxarıb.
Rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə yarmarkanın gedişatı ilə tanış olub, əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının ödənilməsi və süni qiymət artımının qarşısının alınmasına xidmət edən bu yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətli olmasına və gigiyenik normalara tam cavab verməsinə nəzarət olunmasını xüsusi tapşırıb.
Əhalinin diqqətinə çatdırılıb ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkası 31 avqust tarixdə də davam etdiriləckdir.
Göyçaylılar satış-yarmarkasının təşkilindən və qiymətlərin sərfəli olmasından razılıq edərək öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər