Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon İcra Hakimiyyəti Başçısı yanında növbəti şura iclası keçirilib

29 avqust 2017 | 16:00

29 avqust 2017-ci il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadənin rəhbərliyi ilə rayon İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclası keçirilib.
İclasda rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, şura üzvləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, rayon icra hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli bələdiyyə orqanlarınn sədrləri, rayon ağsaqqalları iştirak ediblər.
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq keçirilən şura iclasında «Rayon icra hakimiyyəti başçısı yanında keçirilmiş şura iclaslarında qəbul edilmiş qərarların icrasının təmin edilməsi vəziyyəti barədə» aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Z.Zeynalovanın, «Göyçay şəhərinin içməli su təminatının vəziyyəti haqqında» rayon icra hakimiyyəti başçısının müavini Ə.Dövlətovun, «Rayon icra hakimiyyəti başçısının şəhər və kənd inzibati Ərazi dairələri üzrə nümayəndəliklərində təsərrüfatbaşına kitabların işlənməsi vəziyyəti barədə» aparatın ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Y.Cəbrayılovun, rayon icra hakimiyyəti başçısı yanında fəaliyyət göstərən «İqtisadiyyat, sənaye və sahibkarlıq», «Aqrar sahə üzrə» komissiyalarının ötən dövr ərzində gördüyü işlər barədə komissiya sədrləri Ə.Dövlətovun, L.Əliyevin arayış və məlumatları  dinlənilmişdir.
Birinci məsələ ilə bağlı «rayon icra hakimiyyəti başçısı yanında keçirilmiş şura iclaslarında qəbul edilmiş qərarların icrasının təmin edilməsi vəziyyəti barədə» çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə şura iclaslarında verilmiş qərarların vaxtında icrasının təmin edilməsinin əhəmiyyətini bir daha şura üzvlərinə və yığıncaq iştirakçılarına bildirmiş və verilmiş qərarların həyata keçirilməsində gecikmə hallarına yol verilməməsini, qərarların icra edilməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər görülməsini tövsiyyə etmişdir.  
İkinci məsələ ilə bağlı «Göyçay şəhərinin içməli su təminatının vəziyyəti haqqında» çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə bildirdi ki, içməli su ilə təminatda mövcud olan çatışmazlıqların aradan qaldırılması, şəhər əhalisinin qısa müddətdə daimi və fasiləsiz içməli su ilə təmin olunması, su itkisinin, oğurluq və digər sui istifadə hallarının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülməsi ilə bağlı öz tövsiyyə və tapşırıqlarını vermişdir.
İclasda çıxış edən şura üzvləri İ.Vəliyev, Ə.Dövlətov, R.Şükürov və başqaları bildirmişlər ki, həqiqətəndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə 2015-ci ildə istifadəyə verilən bu layihə əhəmiyyətinə görə regionda ən iri layihələrdən biridir. Natiqlər həmçinin qeyd etmişlər ki, ilkin təhlilllər nəticəsində müəyyən edilmişdir ki, itkilərin əsas səbəbi bir sıra abonentlər tərəfindən şəbəkəyə sayğacdan əvvəl qoşulmaqla suyun oğurlanması, bəzi kommersiya strukturlarının, maşın yuma məntəqələrinin, əhali kateqoriyası üçün müəyyən edilmiş ödəmə taarifinin aşağı olmasından yaxınlıqdaki ev təsərrüfatlarının sayğaclarına qoşulmaqla sudan israfçılıqla istifadə etmələridir ki, bu cür hallara Göyçay Su kanal» Törəmə Səhmdar Cəmiyyətinin kollektivi nəzarəti gücləndirməlidir.
Məsələ ətrafında geniş müzakirələr aparıldıqdan sonra icra başçısı aidiyyatı üzrə müvafiq tapşırıqlarını verdi və Göyçay Su kanal» Törəmə Səhmdar Cəmiyyətinin mütəxəssislərinə xəbərdarlıq edilməklə mövcud nöqsanların əsaslı şəkildə aradan qaldırılması üçün bir ay vaxt verildi, cəmiyyət rəhbərliyinə tövsiyyə olundu ki, içməli su ilə təminatda mövcud olan çatışmazlıqların aradan qaldırılması, şəhər əhalisinin qısa müddətdə davamlı və fasiləsiz içməli su ilə təmin olunması, su itkisinin, oğurluq və digər sui istifadə hallarının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görsün, şəhər ərazisində çəmənliklərin  suvarılmasına və əhali üçün nəzərdə tutulmuş bulaqlara su verilməsinə müvafiq şərait yaratsın, şuranın qərarı ilə həmçinin aparatın  Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə tövsiyyə olundu ki, qısa müddət ərzində aparatın əməkdaşlarından və mütəxəssislərdən ibarət işçi qrupu yaratmaqla, müəyyən edilmiş nöqsanlar, həmçinin şəhər əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar görülmüş işlər barədə hər ayın sonu rayon icra hakimiyyəti başçısına növbəti şura iclasında məlumat versin və qərarın icrasına nəzarət rayon icra hakimiyyəti başçısının müavini Ə.Dövlətova tapşırıldı.
Üçüncü məsələ ilə bağlı «Rayon icra hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində təsərrüfatbaşına kitabların işlənməsi vəziyyəti barədə» çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə bildirdi ki, hər bir ailənin sosial-iqtisadi problemlərinin, yaşayış səviyyəsinin, ehtiyaclarının müəyyən edilməsində müstəsna əhəmiyyətə malik olan “Təsərrüfatbaşına kitab”ların işlənməsi çox vacib bir məsələdir. “Təsərrüfatbaşına kitab”ların doldurulması işinin düzgün təşkilinə diqqət yetirilməli, təsərrüfatların şəxsi hesabındakı bölmələr üzrə göstəricilərin mütləq qaydada daxil edilməsinin vacibliyini və vətəndaş tərəfindən imza atılmasını xüsusi  vurğulanmışdır. İcra başçısı istər rayon icra hakimiyyəti başçısının şəhər, istərsə də rayon icra hakimiyyəti başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində kargüzarlıq işinin təşkili, xüsusən də təsərrüfabaşına uçot kitablarının işlənilməsi və məlumatların qeydiyyatının aparılmasındakı nöqsanların qısa müddətə aradan qaldırılması üçün öz tövsiyyə və tapşırıqlarını vermişdir.
İclasda çıxış edən şura üzvləri İ.Vəliyev, Z.Zeynalova, R.Şükürov və başqaları bildirmişlər ki, həqiqətəndə rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində təsərrüfatbaşına kitabların işlənilməsi vəziyyətində bəzi nöqsanlar mövcuddur və rayon icra hakimiyyətinin müvafiq şöbələri tərəfindən yerlərdə bu işin aparılmasına lazımi nəzarət olmamışdır. Xüsusən Bığır, Ərəbcəbirli, Alxasava, Aşağı Qaraməryəm, İnçə nümayəndəlikləri bu nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində daha təsirli tədbirlər görməlidirlər. Şura üzvləri həmçinin qeyd etmişlər ki, hazırda şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində təsərrüfatbaşına kitabların işlənilməsi vəziyyətində buraxılmış nöqsanların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Məsələ ətrafında geniş müzakirələr aparıldıqdan sonra icra başçısı aidiyyatı üzrə müvafiq tapşırıqlarını verdi və şuranın qərarı ilə kargüzarlıq işinin təşkili, xususən də təsərrüfabaşına uçot kitablarının işlənilməsi və statistik məlumatların qeydiyyatının aparılmasındakı nöqsan və çatışmazlıqların qısa müddətə aradan qaldırılması rayon icra hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə tapşırılmaqla yanaşı rayon icra hakimiyyətində üç nəfərdən ibarət işçi qrupunun yaradılması və rayon icra hakimiyyətinin başçısına nümayəndəliklər üzrə işlərin gedişi barədə, həmçinin rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev tərəfindən hər ayın sonu məlumat verilməsi qərara alındı və qərarın icrasına nəzarət rayon icra hakimiyyəti başçısının birinci müavini İ.Vəliyevə tapşırıldı.
Dördüncü məsələ ilə bağlı rayon icra hakimiyyəti başçısı yanında fəaliyyət göstərən «İqtisadiyyat, sənaye və sahibkarlıq», «Aqrar sahə üzrə» komissiyalarının ötən dövr ərzində gördüyü işlər barədə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə bildirdi ki, hər iki komissiya istər rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində, istərsə də aqrar sahənin inkişaf etdirilməsi sahəsində müəyyən işlər görüldüyü qeyd etdi. 
Lakin icra hakimiyyətinin başçısı cənab M.Səlimzadə bildirdi ki, «İqtisadiyyat, sənaye və sahibkarlıq» komissiyası rayona iş adamlarını cəlb etməklə yeni istehsal sahələrinin yaradılmasına nail olmalı, 2018-ci ilin may ayında istifadəyə verilməsi nəzərdə tutulan obyektlərdə və Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının verdiyi sərəncamlara əsasən rayonun kənd yaşayış məntəqələrinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı tikinti işlərinin gedişinə daim nəzarət etməlidir.
İcra başçısı həmçinin qeyd etmişdir ki, «Aqrar sahə üzrə» komissiyanın görülmüş işlərlə kifayətlənməməlidir. Birinci növbədə təcili olaraq ehtiyat torpaq fondlarının müəyyən olunması üçün lazımi iş aparmalı, əkin sahələrinin şumlaması işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması istiqamətində kənd əhalisinə yaxından köməklik göstərməli, barama istehsalının növbəti il üçün artmasını nəzərə alaraq indidən yem bazasının müəyyənləşdirilməsi, yerli tut ağaclarının əkin sahələrinin artırılmasına diqqət yetirməklə yanaşı Çindən gətirilmiş tut tinglərinin becərilməsi və mühafizəsinə də xüsusi nəzarət etməli, əkilmiş qarğıdalı və çəltik məhsulunu vaxtında itkisiz yığaraq təhvil verilməsi təmin etməlidir.
İclasda şura üzvləri çıxş edərək yekdilliklə rayon icra hakimiyyəti başçısı tərəfindən hər iki komissiyaya verilmiş tövsiyyə və tapşırıqları yerində olduğunu bir daha təsdiqləmişlər.
Məsələ ətrafında geniş müzakirələr aparıldıqdan sonra icra başçısı aidiyyatı üzrə müvafiq tapşırıqlarını verdi və şuranın qərarı ilə «İqtisadiyyat, sənaye və sahibkarlıq» komissiyasına rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində əlavə tədbirlər görülməsi, rayon üçün xüsusi əhəmiyyəti olan, investorların vəsaiti hesabına inşa edilən istehsal, xidmət və ticarət obyektlərində işlərin gedişini ciddi nəzarətdə saxlamaqla həmin obyektlərin razılaşdırılmış qrafik üzrə müəyyən edilmiş müddətlərdə istifadəyə verilməsinə nail olması və kənd yaşayış məntəqələrinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin verdiyi sərəncamlara əsasən su təchizatı yaxşılaşdırılan rayonun kənd yaşayış məntəqələrində işlərin gedişi haqqında hər həftə rayon icra hakimiyyəti başçısına məlumat verməsi, «Aqrar sahə üzrə» komissiyaya  ehtiyat torpaq fondlarının müəyyən olunması, şumlama işlərinin başa çatdırılması, barama istehsalı məqsədi ilə yem bazasının müəyyən olunması, əkilmiş qarğıdalı və çəltik məhsulunu vaxtında itkisiz yığaraq təhvil verilməsi və aqrar sahənin daha da inkişaf etdirilməsi məqsədi ilə qarşıda duran digər vəzifələrə dair tədbirlər planının növbəti şura iclasına hazırlayıb təqdim olunması qərara alındı və qərarın icrasına nəzarət rayon icra hakimiyyəti başçısının birinci müavini İ.Vəliyevə tapşırıldı.
Daha sonra cari məsələyədə nəzər salındı və münasibət bildirildi.
Birinci məsələ ilə bağlı Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi R.Şükürov məlumat verərək bildirdi ki, 30-31 avqust 2017-ci il tarixlərdə Göyçay mərkəzi bazarında Qurban bayramı ərəfəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkasının təşkil olunacaqdır və bu barədə hazırlanmış xüsusi tədbirlər planını yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.
Rayon icra hakimiyyətinin başçısı cənab M.Səlimzadə çıxış edərək bildirdi ki, satış yarmarkasının təşkilində əsas məqsəd Qurban bayramı ərəfəsində əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının ödənilməsi və süni qiymət artımının qarşısının alınmasıdır. İcra başçısı həmçinin qeyd etdi ki, bazar və bazar ətrafı ərazisidə səliqə-sahman yaradılmalı və sakinlər üçün satışa çıxarılan məhsulların gigiyenik normalara tam cavab verməsi, keyfiyyətli olması təmin olunmaqla yanaşı onların qiymətlərinə nəzarət olunmalıdır.

İkinci məsələ ilə bağlı rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə qeyd etdi ki, məni narahat edən məsələlərdən biri də bəzi yaşayış məntəqələrinin ərazilərindən məişət tullantılarının vaxtında daşınmaması, magistral avtomobil yollarının kənarlarına məişət tullantılarının tökülməsi, ictimai yerlərdə, iaşə obyektlərində səliqə-səhman işlərinə zəif nəzarət olunması, rayonun ümumi görünüşünə, habelə əhalinin sağlamlığına və ekoloji tarazlığın qorunmasına ciddi təsir göstərməklə ümumilikdə rayonumuz haqqında mənfi təəssürat formalaşdırmasıdır. Buna numunə kimi «Göyçay Avtonəqliyyat» ASC-nin fəaliyyəti və həmin müəssisənin ərazisində “AVA-N” MMC tərəfindən kənd təsərrüfatı məhsullarının satışının qeyri-qanuni və gigiyenik normalara cavab vermədən satılması və ərazinin çirklənməsinə səbəb olmasını göstərmək olar.
Odur ki, yuxarıda qeyd etdiyim məsələlərlə bağlı rayon icra hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi R.Şükürovun sədri olduğu Gigiyenik, Ekoloji, İstehlak bazarına nəzarət və Ticarət komissiyası bu gündən başlayaraq aidiyyəti qurumların nümayəndələrindən ibarət xüsusi nəzarətçi qruplar yaratmalı, bütün ərazilərdə mütəmadi olaraq monitorinqlər aparılmalı, təcili və təxirəsalınmaz tədbirlər həyata keçirməklə məişət          tullantılarının vaxtında daşınmasını ciddi nəzarətə götürülməli və görülmüş işlər barədə hər həftə rayon icra hakimiyyətinin başçısına məlumat verməlidir.
Üçüncü məsələ ilə bağlı Mədəniyyət və turizm şöbəsinin nümayəndəsi S.Şükürov  məlumat verərək bildirdi ki, 26 avqust 2017-ci il tarixdə Qəbələ şəhərində V ənənəvi beynəlxalq mürəbbə festivalı keçirilmişdir. Burada rayonumuz xüsusi yaradılmış pavilionda 8 adda mürəbbə ilə təmsil olmuş və gül mürəbəsi nominasiysının qalibi olaraq bürünc mükafata layiq görülmüşdür.
Rayon icra hakimiyyətinin başçısı cənab M.Səlimzadə çıxış edərək festivalının keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu bildirib. İcra başçısı vurğulayıb ki, burada əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanması ilə yanışı respublikamızın bütün regionlarının zəngin mətbəx mədəniyyətinin daha yaxından digər ölkələrə tanıdılmasıdır. 
Sonda rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə V ənənəvi beynəlxalq mürəbbə festivalında gül mürəbəsi nominasiysının qalibi olaraq bürünc mükafata layiq görülmüş nümayəndə heyətini təbrik etmiş və onların fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırılması üçün tapşırıqlar vermişdir.
Yekunda şura iclası və cari məsələlər bağlı keçilmiş yığıncaq işgüzar şəraitdə başa çatdı.
 

Keçidlər