Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “İslam sivilizasiyasının təbligində media və dini icmaların birgə əməkdaşlığının artırılmasına yardım” adlı layihə çərçivəsində konfrans keçirilib

29 avqust 2017 | 16:00

Avqust ayının 29-da Göyçay Tarix-Diyarşunaslıq muzeyində “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Göyçay rayon icra hakimiyyətinin dəstəyi ilə “İslam sivilizasiyasının təbligində media və dini icmaların birgə əməkdaşlığının artırılmasına yardım” adlı layihə çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirilmişdir.
Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, təhsil və səhiyyə işçiləri, din xadimləri, QHT fəalları, jurnalistlər və gənclər iştirak etmişlər.
Konfransda çıxış edən “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə əvvəlcə layihənin məqsədi barədə məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycanda mövcud olan tolerant mühiti və multikultural dəyərləri təbliğ etmək, yeniyetmə və gənclər arasında dini maarifçilik işi aparmaqdır. 
S.Verdizadə həmçinin vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri heç vaxt dini və etnik ayrıseçkiliyi təbliğ etməyiblər. Odur ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə verməkdir.
Yığıncaqda çıxış edən "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov bildirib ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və sivilizasiyalar arasında aparıcı rol oynayıb. Birliyin sədri xüsusən gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərinin əhəmiyyətindən danışıb.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə üzrə nümayəndəsi Əzim Rəfiyev bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsindən və bu münasibətlə maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyindən söhbət açıb.
Konfransda çıxış edən Göyçay rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov rayonda dini durum vəziyyəti barədə məlumat verərək bildirib ki, rayon dindarları arasında xoş münasibət mövcuddur.  Rayonumuzda tam sakitlikdir və dini dəyərlərimizə qarşı heç bir radikal meyllər mövcud deyil. Odur ki, belə tədbirlərin tez-tez keçirilməsi gənc nəslin İslam sivilizasiyasını daha dərindən dərk etməsinə təkan verəcəkdir.
V.Zöhrabov həmçinin qeyd edib ki, Azərbaycanda mövcud olan birgəyaşayış modeli təkcə Qafqaz xalqları deyil, bütövlükdə dünya xalqları üçün yaxşı nümunədir və belə bir şəraitin yaradılmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının xüsusi xidmətləri vardır. 
Sonda çıxış edən Göyçay Yuxarı məscidinin dini icmasının sədri Rəsul Kazımov, Göyçay Mərkəzi məscidinin dini icmasının sədri Müşfiq Əsgərov və başqaları gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin xüsusi əhəmiyyətindən danışıblar.
Qarşılıqlı müzakirə şəraitində keçən tədbirin sonunda iştirakçıların fikirləri dinlənilib, onları maraqlandıran müxtəlif məzmunlu suallar cavablandırılıb.

Keçidlər