Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda Xurma istehsalçıları və İxracatçıları Assosiasiyasının təsis konfransı keçirilmişdir.

16 avqust 2017 | 16:00

16 avqust 2017-ci il tarixdə Göyçay Gənclər Mərkəzində Xurma istehsalçılarının və İxracatçıları Assosiasiyasının təsis konfransı keçirilmişdir.
Yığıncaqda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun vitse-prezidenti Yusif Abdullayev, Azərbaycan-Rusiya İşgüzar Şurasının icraçı direktoru Çingiz Məmmədyarov, Göyçay, xurma istehsalı və ixracı ilə məşğul olan digər rayonların fermer və iş adamları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Göyçay rayon icra hakimiyyəti başçısının müavini Ədalət Dövlətov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkədə aparılan islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı və həyata keçirilən çevik iqtisadi islahatlar sahəsində ölkə iqtisadiyyatı öz dayanıqlığını möhkəmləndirir və bütün bu nailəyyətlər ölkə başçısının  apardığı uğurlu siyasətin nəticəsidir. Son aylar bir sıra kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı üzrə yaradılan asossasiyalar ölkədə aqrar sektorun inkişafına öz müsbət təsirini göstərir. 
Yığıncaqda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun vitse-prezidenti Yusif Abdullayev yığıncağın keçirilməsinə lazımi şərait yaratdığına görə rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadəyə minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, xurma istehsalçılarına və ixracatçılarına assosiasiyasının yaradılmasının xüsusi əhəmiyyəti vardır. Məlum olduğu kimi Azərbaycanın bir çox rayonlarında, xüsusən Göyçayda  yüksək keyfiyyətli xurma yetişdirilir və Rusiya bazarlarında ona böyük təlabat vardır. Bu baxımdan tədbirin Göyçayda keçirilməsi heç də təsadüfü deyildir. Çünki burada yetişdirilən xurma məhsulu öz yüksək keyfiyyəti ilə seçilir və uzaq məsafələrə daşınması üçün də sərfəlirdir. Biz istərdik ki, xurma ilə bağlı ixrac imkanlarımız genişlənsin, nəinki  MDB dövlətlərinə, həm də Avropa ölkələrinə məhsul ixracını artıraq.
Bütün bunları nəzərə alaraq İqtisadiyyat Nazirliyi və «Azpromo» Xurma İstehsalçılarının və İxracatçıları Asossasiyasının yaradılmasını məqsədə müvafiq bilir.
Yığıncaqda iştirak edən fermer və iş adamları aqrar sahənin inkişafını daim diqqət mərkəzində saxladığına, meyvə istehsalçılarına göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə öz təşəkkürlərini və qarşıya qoyulmuş vəzifələrin icrası üçün bütün səylərini sərf edəcəklərini bildirmişlər.
Sonda iş adamı Qadir Yusif oğlu Yusifov yekdilliklə Xurma İstehsalçıları və İxracatçıları Asossasiyasının sədri seçilmişdir.

Keçidlər