Göyçayda gül bayramı keçirilmişdir
Dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə mayın 10-da Göyçay şəhərində gül bayramı keçirilmişdir. Rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda gül bayramı keçirilmişdir.
Minlərlə göyçaylının iştirak etdiyi tədbirdə müxtəlif növ gül və çiçəklərdən hazırlanmış çələnglər, dahi şəxsiyyət Heydər Əliyev və Prezident İlham Əliyevin güldən hazırlanmış portreti, milli mənəvi dəyərləri əks etdirən maddi-mədəniyyət nümunələri, məktəblilərin əl işləri nümayiş etdirilmişdir. Milli geyimdəki oğlan və qızlar şer və mahnılar ifa etmiş, kompozisiyalar nümayiş etdirmişlər. Yerli incəsənət ustalarının iştirakı ilə konsert olmuşdur.