27 sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar Göyçay rayonunun kəndlərində silsilə tədbirlər keçirilib
27 sentyabr 2025 | 13:59
27 Sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar Göyçay rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər kəndlərdə davam etdirilib.
Şəhidlərin əziz xatirəsinin uca tutulması məqsədilə kəndlərdəki Şəhidlər Xiyabanlarının əraziləri təmizlənib, məktəblərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar və rəsm sərgiləri təşkil olunub, ağacəkmə aksiyaları keçirilib, şəhid ailələri ziyarət edilib.






