Müqəddəs Ramazan ayında Göyçayda iftar mərasimi təşkil edilib.
İslam aləminin ən müqəddəs ayı hesab edilən Ramazan ayında insanlara köməklik olunması, bir-birləri ilə mehriban yaşaması, Ramazan bayramının sevincini bölüşməsi vacib əməllərdən biri kimi sayılır.
Bu mübarək Ramazan ayında Göyçay rayon icra hakimiyyəti tərəfindən «Çinar» şadlıq evində iftar süfrəsi təşkil olunmuşdur.
Təşkil olunan mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, rayonda fəaliyyət göstərən məscidlərin icma rəhbərləri, axundlar, dindarlar, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları, rayonda məskunlaşmış köçkün və qaçqın ailələrinin nümayəndələri (250 nəfər) iştirak ediblər.
Tədbirdə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan bayramı münasibətilə təbriklər səsləndirilib.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə Ramazan ayının əhəmiyyətindən danışıb, milli dəyərlərimizin ulu öndərmiz Heydər Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini bildirib. Ulu öndər Heydər Əliyevin islami dəyərlərə verdiyi böyük dəyərin bu gün də prezident İlham Əliyev cənabları tərəfindən qorunduğu və uğurla davam etdirildiyi qeyd edilib. Ölkəmizdə məscidlərin, dini ibadət yerlərinin təmir olunması, tolerantlıq ənənələrinin möhkəmləndirilməsini istiqamətində aparılan işlərdən söz açıb.
Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının azərbaycançılıq naminə, milli-mənəvi irsimizin qorunması istiqamətində uzun illər ərzində misilsiz səyləri, ölkə daxilində və xaricində uğurlu fəaliyyəti hamımızın gözü qarşısında olduğu bildirib. Bunun bariz numunəsi kimi “İslam həmrəyliyi ili” elan olunması, Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsini qeyd etmək olar.
Çıxışının sonunda rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə bütün müsəlmanları müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib, onlara sülh və əminamanlıq arzulayıb.