Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda tibb işçilərinin peşə bayramı günü qeyd olunub

17 iyun 2017 | 16:00

Göyçayda tibb işçiləri «17 iyun – tibb işçilərinin peşə bayramı” gününü qeyd ediblər.
Tibb işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Mərkəzi Rayon Xəstəxanasında keçirilən tədbirdə baş həkimin müavini Ləman Hacıyeva, mərkəzi rayon xəstəxanasının cərrah-həkimi Şaban Osmanov, doğum şöbəsinin mama-ginekoloq həkimi Leyla Məmmədova çıxış edərək səhiyyə sahəsində aparılan islahatlardan danışıblar və səhiyyənin inkişafına göstərilən diqqət, qayğıya və yaradılan şəraitə görə Prezident İlham Əliyev cənablarına və Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.            
Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə insanların sağlamlığının keşiyində duran tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, onlara bu çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycan səhiyyəsi tarixində bütün dövrlərdə güclü tibb işçiləri olduğunu bildirib, Əziz Əliyevin, Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafındaki xidmətlərdən danışıb. 
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyun tarixli sərəncamına əsasən hər il iyunun 17-si Azərbaycanda «Tibb işçilərinin peşə bayramı» günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi ümummilli lider Heydər Əliyevin səhiyyə işçilərinə, onların fədakar əməyinə verilən qiymətdir. Azərbaycan səhiyyəsinin maddi-texniki bazasının möhkəmləndirilməsində, yeni müasir xəstəxanaların tikintisində möhtərəm prezident İlham Əliyev cənablarının və Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır.
Bunun bariz numunəsi kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının xüsusi diqqət və qayğısı ilə ən müasir avadanlınları ilə təchiz olunmuş Göyçay mərkəzi rayon xəstəxanası əsaslı şəkildə təmir olunduqdan sonra göyçaylıların istifadəsində verilməsi olmuşdur. 
Sonra səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən  tibb işçiləri fəxri fərman, təşəkkürnamə və qiymətli hədiyyələrlə  mükafatlandırılıblar.

Keçidlər