"15 iyun-Milli Qurtuluş" günü ilə əlaqədar Göyçay rayonunda silsilə tədbirlər davam edir.
15 İyun - Milli Qurtuluş günü ilə əlaqədar Göyçay şəhər stadionunda növbəti tədbir keçirilmişdir.
Göyçay şəhər stadionunda keçirilən tədbiri Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Sahib Şükürov açaraq Ulu Öndərin siyasi fəaliyyətindən danışıb.
Tədbirdə çıxış edən Şuşa 17 nömrəli məktəbin müəllimi Səməd Həsənov, Azərbaycan Respublikasının əməkdar müəllimi Tahirə Qurbanova çıxış edərək müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısındaki unudulmaz xidmətlərindən danışıblar.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək bildirmişdir ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Naxçıvandan Bakıya qayıdaraq Milli Qurtuluş tariximizin başlanğıcını yazıb. Heydər Əliyev ideyalarının əhəmiyyətini diqqətə çatdıran rayon icra hakimiyyətinin başçısı ümummilli liderin siyasətinin Prezident İlham Əliyev cənabları tərəfindən bu gün də qətiyyətlə davam etdirildiyini bildirib, respublikamızda qazanılan nailiyyətlərdən danışıb və Göyçaylıların həmişə prezident İlham Əliyev cənablarının ətrafında sıx birləşdiyini vurğulayıb.
Sonra rayon icra hakimiyyətinin başçısı 15 iyun-Milli Qurtuluş günü, həmçinin rayonun çoxsaylı kənd əhalisinin müraciətlərini nəzərə alaraq kəndlərə xidmət göstərən istismar müddətini keçmiş sərnişin avtobuslarının əvəzinə marşrut xətlərinə yeni avtobusların buraxılması mərasimində rayon ictimaiyyətinin nümayəndələri ilə birgə iştirak edib.
Yekunda rayon rəhbərliyi rayon ictimaiyyətinin nümayəndələri ilə Əli Kərim adına parkda aparılan abadlıq və yenidənqurma işlərinə baxış keçiriblər.