Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun ümumtəhsil məktəblərində “Son zəng” səslənib

14 iyun 2017 | 16:00

Şəhər 1, 3, 7 nömrəli və Mallı-şıxlı kənd tam orta məktəblərdə keçirilən mərasimdə iştirak edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə məzunları təbrik edib, onlara xoş arzularını çatdırıb.
Rayon rəhbəri son dövrlər ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Qeyd edilib ki, Prezident İlham Əliyev cənablarının elm və təhsilin inkişafına xidmət edən fərman və sərəncamlarına və Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində əsasən regionlarda müasir standartlara uyğun yeni məktəb binaları tikilib istifadəyə verilir və hazırda bu proses müvəffəqiyyətlə davam etdirilir.
Rayon icra hakimiyyətinin başçısı bu tədbirlər sırasında Göyçay rayonunda da təkcə son bir il ərzində təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər görüldüyünü, ölkə prezidentinin tapşırığına əsasən uzun illər qəzalı vəziyyətdə, istismara yararsız binalarda yerləşən məktəblər üçün modul tipli binaların quraşdırılmasına başlanıldığını xüsusi vurğulamışdır.
Mallı-şıxlı kənd tam orta məktəbi əsaslı təmir edilmiş, şəhər 9 saylı tam orta məktəbin üst örtüyü yenilənmiş, cari ildə rayonun Hacağabəyli kəndində 24 yerlik sinif komplekti,  Ərəbşahverdi kəndində 40 yerlik modul tipli məktəb binası istifadəyə verilmiş, Alıkənd kəndində 40 yerlik modul tipli məktəb binasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanmışdır. Hazırda şəhər 2 saylı tam orta məktəbin tədris korpuslarının birində əsaslı yenidənqurma işləri aparılır və tədris korpusunun yeni dərs ilinə qədər istifadəyə verilməsi nəzərdə tutulur. Şəhər 4 saylı uşaq bağçasının yerləşdiyi qəzalı vəziyyətdə olan bina sökülərək ərazi təmizlənmiş və yaxın günlərdə yeni bağça binasının tikintisinə başlanacaqdır.    
Tədbirdə çıxış edən ümumtəhsil məktəblərinin rəhbərləri və valideynlər məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərə görə ölkə prezidenti İlham Əliyev cənablarına və Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirlərdə rayon məktəblərinin şagirdləri maraqlı çıxışlar nümayiş etdiriblər.
Sonda on birincilər məktəbin simvolik bilik açarını birincilərə təqdim ediblər.
“Son zəng” mərasimləri rayonun bütün məktəblərində yüksək bayram əhval-ruhiyyəsi ilə başa çatıb

Keçidlər