Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçaylı kümdarlar barama tədarükündə yüksək fəallıq göstərirlər

12 iyun 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrinə uyğun olaraq, bölgələrdə yeni iş yerlərinin açılması, kənd təsərrüfatının, xüsusən baramaçılığın inkişafı istiqamətində Göyçay rayonunda zəruri tədbirlər görülmüşdür.
Bu il Göyçay rayonuna Qax Damazlıq Baramaçılıq Stansiyasından inkubasiya olunmuş 100 qutu  ipəkqurdu toxumu (1900 qram) gətirilərək 44 kümçü arasında paylanması təmin olunmuşdur. Kəndlilər keyfiyyətli barama məhsulu əldə etmək üçün ipəkqurdunun saxlanması və bəslənməsi üçün bütün lazım olan şəraiti yaratmışlar.  Kümçülər artıq yetişdirdikləri məhsulu “Şəki İpək” ASC-nin nümayəndələrinə təhvil vermişlər. Göyçay kümçüləri uzun illər fasilədən sonra artıq ikinci ildir ki, barama tədarük ediblər. Xüsusən bu il kumdarlar yüksək fəallıq göstərərək 5215 kq. barama tədarük etmişlər ki, bu da ötən ilə nisbətən 4,46 dəfə çoxdur. Barama tədarükü planına 104,3 faiz əməl edilmişdir. 
Növbəti illərdə baramaçılığın daha da inkişaf etdirilməsi məqsədi ilə ötən il Çindən gətirilən 40 min ədəd tut tingi 4 hektar əraziyə əkilmiş və onlara yüksək aqrotexniki qulluq göstərilir. Həmçinin Göyçayda baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə yerli sakinlərin təşəbbüsü və rayon icra hakimiyyətinin yaxından köməkliyi ilə əlavə olaraq 24 kənddə 12 hektar sahədə yeni tut bağı salınıb. Həmin bağlara, ümumilikdə, 10 min ədəd yerli tut tingi əkilibki, bu da növbəti illərdə baramaçılığın inkişafına böyük dəstək verəcəkdir.
Göyçaylı kumdarlar kənd təsərruüfatının, xüsusən baramaçılığın inkişafına göstərilən dövlət dəstəyinə və yaradılan əlverişli şəraitə görə ölkə prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər