Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda tikinti-quruculuq, abadlıq işləri müasir şəhərsalmanın tələblərinə uyğun olaraq bu gündə davam etdirilir.

08 iyun 2017 | 16:00

Ölkə başçısı İlham Əliyev cənablarının tapşırıqlarına müvafiq olaraq,  "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası nəticəsində və həyata keçirilən investisiya layihələri çərçivəsində Göyçay rayonunun siması əsaslı şəkiildə dəyişmişdir.
Xüsusən son bir il ərzində Göyçay rayonunda tikinti, abadlıq və quruculuq sahəsində xeyli işlər görülüb.
Belə ki, şəhərin bütün küçələrindən məişət tullantıları təsdiq edilmiş qrafikə uyğun toplanır, su ötürən bərələr tullantılardan təmizlənir.
Şəhərin mənzil fondunun qaydaya salınması istiqamətində əməli tədbirlər görülür, çoxmənzilli ictimai yaşayış binalarının həyətlərinə yeni asfalt örtüyü salınır.
Təkcə son bir il ərzində şəhərin küçələrində və çoxmənzilli binaların həyətlərində 50 min kv.m., Göyçay şəhərinin yuxarı hissəsində Ərəbcəbirli kəndinə bitişik çoxsaylı şəhər və rayon əhalisinin istifadə etdiyi şəhər qəbirstanlığına gedən yararsız yola 3150 kv.m. asfalt örtüyü vurulmuşdur.
Göyçayın şəhərinin Ağsu və Ağdaş rayonunun istiqamətlərindəki giriş hissələri abadlaşdırılmış, hər iki ərazidə fərdi layihələr əsasında ünvan göstəricisi inşa edilmiş, yaşıllıqlar salınmışdır. 2500 nəfər tamaşaçı tutumu olan mərkəzi rayon stadionu əsaslı yenidən qurulmuş, stadionun giriş qapıları dəyişdirilmiş, mühafizə çəpərləri və istinad divarları yenilənərək mişar daşları ilə hörülmüş, qaçış zolaqlarına yeni asfalt örtüyü salınmışdır. Stadionda yeni işıqlandırma sistemi və monitor quraşdırılmış, tribunadaki oturacaqlar yenilənmişdir. Hazırda burada işlər davam etdirilir. Şəhər dindarlarının müraciəti nəzərə alınaraq «Yuxarı məscid»də təmir işləri aparılmış və məscidin ərazisi abadlaşdırılmışdır. Olimpiya İdman Kompleksinin qarşısında müasir memarlıq üslubunda vaxt göstəricisi inşa edilmiş və ərazi abadlaşdırılmışdır. Respublika əhəmiyyətli avtomobil yolunun Qaraməryəm kəndinin ərazisindən keçən hissəsindəki yol dairələri abadlaşdırılmış, kənddəki bayraq meydanı əsaslı yenidən qurulmuşdur. Şamaxı-Yevlax avtomagistralının rayonun ərazisindən keçən hissəsinin kənarlarında şam, çinar və gər ağacları əkilmişdir. 
Şəhərin M.Hüseynzadə və Nizami küçələrində abadlıq işləri başa çatdırılmış, Bayraq meydanı əsasllı şəkildə yenidən qurulmuş, Heydər Əliyev adına parkın genişləndirilməsi işləri tamamlanmışdır. Hazırda Əli Kərim adına parkda abadlıq işləri davam etdirilir.
Yol infrastrukturunun təkmilləşdirilməsi, kəndlərarası avtomobil yollarının yenidən qurulması istiqamətində işlər davam etdirilir.
Ölkə prezidentinin kənd yollarının tikilməsi ilə bağlı verdiyi tapşırığa müvafiq olaraq rayonun Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun yenidən qurulması işlərinə başlanılmışdır.    
Rayonun Hacağabəyli, Ərəbşahverdi kəndlərində modul tipli məktəb binaları istifadəyə verilmiş, Alıkənd kəndində eyni tipli məktəb və şəhər 4 saylı uşaq bağçası-körpələr evi üçün yeni binaların tikintisinə başlanılmışdır.
Müskürlü kəndində seçilmiş ərazidə tibb məntəqəsi, uşaq bağçası, icra nümayəndəliyi üçün inzibati binanı özündə birləşdirən kompleksin tikintisi aparılır. 
Göyçay rayonunda müasir şəhərsalmanın tələblərinə ciddi əməl olunmaqla quruculuq abadlıq işlər bu gündə davam etdirilir.
Belə tədbirlərdə biri də Göyçay-Bərgüşad avtomagistral yolunun rayonun Cəyirli kəndinin ərazisindən keçən 2 km-lik hissəsində abadlıq quruculuq işlərinə rayon ictimaiyyəti nümayəndələri ilə baxış keçirildikdən sonra istifadəyə verilməsi olmuşdur.
Burada yolun Göyçay şəhərinə giriş hissəsində  fərdi layihə əsasında ünvan göstəricisi inşa edilmişdir. Ərazidə 4000 p/m səki daşları düzülmüş, 10000 kv.m. sahədə torpaqlama işləri aparılmış və çəmən örtüyü salınmış, 1000 ədəddən çox ağac və gül kolları əkilmiş, 2500 kv.m. mişar daşından divar çəkilmiş, suvanmış və rənglənmiş, 3000 kv.m. dəmir şəbəkələri quraşdırılmış,  Ərazidə müasir tələblərə cavab verən 50 ədəd yeni işıqlandırma dirəkləri quraşdırılmışdır.
Burada həmçinin ümumi ərazisi 2 hektara yaxın olan müasir tələblərə cavab verən topdan satış meyvə-tərəvəz bazarı istifadəyə verilmişdir.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və ərazi sakinləri əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət-qayğıya və yaradılan şəraitə görə ölkə prezidenti İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bir daha ifadə etmişlər.

 

Keçidlər