Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Heydər Əliyev Mərkəzində konfrans keçirilmişdir

11 may 2012 | 15:00

Azərbaycan xalqının ümumilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində konfrans keçirilmişdir. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül dəstələri düzülmüşdür. Konfransda ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onun həyat və fəaliyyəti haqqında film nümayiş etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, icra başçısının müavini Rəxşəndə Rəcəbova çıxış edərək Azərbaycanda müasir, müstəqil və demokratik dövlətin qurulmasında, onun inkişafında ümumilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərdən, qazanılmış uğurlardan danışmışdır. Konfransda “Ümummilli lider Heydər Əliyev müstəqil dövlətimizin banisi və xalqımızın əbədiyaşar lideridir”, “Heydər Əliyev Azərbaycanı beynəlxalq aləmdə tanıdan görkəmli dövlət xadimidir”, “Ömrünün hər anını Azərbaycan xalqı və dövlətçiliyi üçün həsr edən lider”, “Ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu görkəmli şəxslərin formalaşmasında örnəkdir”, “Azərbaycanın müasir dövrdəki uğurları ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətin davamının nəticəsidir” mövzularında məruzə edilmişdir.
Tədbirdə məktəblilər Vətənə, rəhbərə, xalqa, ulu öndər Heydər Əliyevə həsr edilmiş şeir və mahnılar ifa etmişlər.

Keçidlər