Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda 05 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə günü qeyd edilmişdir.

05 iyun 2017 | 16:00

Su Təsərrüfatı və Meliorasiya işçiləri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun əziz xatirəsini ehtiramla yad etmişlər.

Sonra Göyçay rayon icra hakimiyyətində su təsərrüfatı və meliorasiyanın inkişafında Heydər Əliyev ideyalarının rolu” mövzusunda yığıncaq keçirilmişdir.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə  su təsərrüfatı və meliorasiya işçilərini peşə günləri münasibəti ilə təbrik etmiş, Azərbaycanda Meliorasiya və su təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətlərini vurğulamışdır. Respublikada meliorasiya və irriqasiya işlərinin təməlinin  ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunduğunu xüsusi qeyd olunmuşdur. Həmin illərdə geniş quruculuq işləri aparılmış, iri su anbarları, hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verildiyi bildirmişdir.

Ulu öndərimiz Heydər Əliyevin ölkədə meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi qayğı bu gün də ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev cənablarının müvafiq sərəncamına əsasən 2007-ci ildən 05 iyun – su təsərrüfatı və meliorasiya işçilərinin peşə günü kimi qeyd olunur.

Tədbirdə çıxış edən Göyçay Suvarma Sistemləri idarəsinin rəisi Şakir Əhmədov rayon melioratorlarının bundan sonra da səy və bacarıqlarından istifadə edərək iqtisadiyyatımızın inkişafı naminə əllərindən gələni əsirgəməyəcəklərini bildirmişdir.

Sonda bir qrup su təsərrüfatı və meliorasiya işçiləri fəxri fərmanla təltif olunmuşlar.

Keçidlər