Göyçay rayonunda 28 May Respublika günü ilə əlaqədar bayram tədbiri keçirilmişdir.
Bayram tədbirini Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Sahib Şükürov açmışdır. Azərbaycanın Dövlət himni səsləndirilmişdir.
“28 May Respublika günüdür” - mövzusunda Azərbaycan Respublikasının Əməkdar müəllimi Pərviz Yəhyalı məruzə etmişdir.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə bayram iştirakçılarını təbrik etmişdir. Sonra maraqlı bayram konserti olmuşdur.
Heydər Əliyev parkında abadlıq-quruculuq işləri aparılarkən əsaslı təmir edilərək yenidən istifadəyə verilmiş bayraq meydanında Azərbaycanın üçrəngli bayrağı rayon ictimaiyyətinin, ağsaqqalların, veteranların, din nümayəndələrinin, gənclərin iştirakı ilə “Bayraq marşı” sədaları altında göylərə ucaldılmışdır. Bayrağın sütununun hündürlüyü 65, ölçüsü isə 12x24 metrdir.