Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay məktəbliləri də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyada iştirak ediblər

23 mart 2017 | 16:00

Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara start verilib. Martın 23-də səhər saatlarında Göyçay rayonundan 40 nəfərlik məktəbli qrup  Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola salınıb.
Rayon icra hakimiyyətinin, təhsil şöbəsi işçilərinin və valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında yolasalma mərasimi keçirilib. Əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.
Yolasalma mərasimində çıxış edənlər Prezident İlham Əliyev cənablarının  təşəbbüsü ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik sahəsində tərbiyəsində, onların Vətənimizin tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Valideynlər çıxışlarında şagirdlərin dünya görüşünün yüksəlməsində, onların azərbaycançılıq ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edən tur-aksiyaların təşkilinə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Mərasimin sonunda şagirdlər onlar üçün ayrılan xüsusi avtobusla Qəbələ şəhərinə yola düşüblər.

Keçidlər